Ləğv olunan Torpaq Komitəsinin 300 işçisi müavinət davasına çıxıb...

Ləğv olunan Torpaq Komitəsinin 300 işçisi müavinət davasına çıxıb...

Hazırda oxunan: Ləğv olunan Torpaq Komitəsinin 300 işçisi müavinət davasına çıxıb...

111834
Ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Dövlət Yerquruluşu Layihə İnstitutu və Dövlət Torpaq Kadastrı və Monitorinqinin 300 işçisi tərəfindən Moderator.az - a aşağıdakı məzmunda məktub daxil olub:

"Azərbaycan Respublikasının Prezidentinin 5 fevral 2015-ci il tarixli 453 nömrəli fərmanına əsasən Dövlət Torpqaq və Xəritəçəkmə Komitəsi (DTXK) ləğv edilmişdir. DTXK-nın tabeliyində olan "Dövlət Yerquruluşu Layihə İnstitutu" və "Dövlət Torpaq Kadastr və Monitorinqi Elm İstehsalat Mərkəzi" Əmlak Məsələləri Dövlət Komitəsinin (ƏMDK) sədri Kərəm Həsənovun 12 may 2015-ci il tarixli 150 nömrəli sərəncam ilə ləğv olunmuşdur. 21 May tarixindən Layihə institutu və Kadastr Mərkəzinin işçiləri işdən azad olunmuşdur.

Buna baxmayaraq ƏMDK-i tərəfindən işçilərə veriləcək müavinətlər bugünə kimi ödənilməmişdir. İşçilərin müavinətlərinin verilməməsinə görə və hələdə işsiz olduqlarına görə komunal xərclərin ödənilməsində böyük problemlər yaranmışdır. 
Müavinətlərlə bağlı ƏMDK-ə müraciət edildikdə Maliyyə Naz zirliyi tərəfindən vəsaitin ayrılmadığını səbəb kimi göstərirlər. Maliyyə Nazirliyi ilə əlaqə saxlanıldıqda isə onlara ƏMDK-i tərəfindən heç bir vəsait tələbinə dair sənəd gəlmədiyini söyləyirlər. Müavinətlərin ödənilməsi üçün bu şikatəti işıqlandırılmasını Sizdən xahiş edirik".
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO