İçərişəhərdə “Sehrli qala” yarmarkası START GÖTÜRDÜ – FOTO 

İçərişəhərdə “Sehrli qala” yarmarkası START GÖTÜRDÜ – FOTO 

Hazırda oxunan: İçərişəhərdə “Sehrli qala” yarmarkası START GÖTÜRDÜ – FOTO 

111799

İçərişəhərdə qadın sahibkarları və həssas kateqoriyaya aid sahibkar və sənətkarları özündə birləşdirən ictimai birliklərin hazırladıqları məhsulların nümayiş etdirildiyi “Sehrli qala” yarmarkası start götürüb. 

Bizim.Media xəbər verir ki, bu barədə Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) məlumat yayıb. 

Məlumata görə, KOBİA və “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin tərəfdaşlığı, Kiçik və Orta Biznes Subyektləri və Klublarının Assosiasiyasının təşkilatçılığı ilə keçirilən yarmarkada 70-dən çox sahibkar və sənətkarın məhsulları və əl işləri satılır.  

Burada əsasən müxtəlif aksessuarlar, oyuncaqlar, əl işləri, dekorativ əşyalar, qida və tekstil məhsulları və s. sərgilənir. 

Gələn il 17 yanvara kimi davam edəcək yarmarkanın məqsədi mikro və kiçik sahibkarlıq subyektlərinin satış imkanlarını genişləndirməklə onların inkişafına dəstək olmaqdır. 

Yarmarkanın açılışına həsr olunmuş tədbirdə çıxış edən KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov, “İçərişəhər” Dövlət Tarix-Memarlıq 

Qoruğu İdarəsinin İdarə Heyətinin sədri Şahin Seyidzadə və millət vəkili Vüqar İskəndərov belə tədbirlərin KOB-ların satış imkanlarının genişləndirilməsində, məhsul və xidmətlərinin geniş istehlakçı auditoriyasına tanıdılımasında, sahibkarlar və təchizatçılar arasında əlaqələrin genişləndirilməsində əhəmiyyətli olduğunu bildirib, yarmarkanın fəaliyyəti ilə tanış olublar. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO