"Bizi daha uğurlu rəqəmsal gələcək gözləyir" - Emin Əmrullayev  

Hazırda oxunan: "Bizi daha uğurlu rəqəmsal gələcək gözləyir" - Emin Əmrullayev  

111793

"Bu gün "Rəqəmsal bacarıqlar" layihəsi çərçivəsində məktəblərimizdə 300 min şagird proqramlaşdırma öyrənir". 

Bizim.Media xəbər verir ki, bunu Elm və Təhsil naziri Emin Əmrullayev deyib.  

Nazir özünün “Facebook” hesabından etdiyi paylaşımda məktəblərdə təhsil alan şagirdlərin rəqəmsal bacarıqlarının növbəti illərdə daha da artacağına əminliyini ifadə edib:  

""h0ur_of.(ode:" –  ilk baxışdan anlaşılmaz görünə biləcək bu "işarələr" Azərbaycanın gələcək nəslinin uğuruna işarə edir. Bu gün "Rəqəmsal bacarıqlar" layihəsi çərçivəsində məktəblərimizdə 300 min şagird proqramlaşdırma öyrənir. Bu göstərici növbəti illərdə bir xeyli artacaq.

Əgər ölkənin məktəblərində 300 min uşaq kodlaşdırma öyrənirsə, mütləq ki, bizi daha uğurlu rəqəmsal gələcək gözləyir. Sadəcə, bir az səbirli olmalı və müəllimlərimizlə bu faydalı işi hər gün görməyə davam etməliyik".  

Aləmdə Nəsib, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO