2022-ci ilin ən güclü pasportu olan ölkələr siyahısında ilk üçlüyü Yaponiya, Sinqapur və Cənubi Koreya paylaşır. Yaponiya pasportu ilə 193 ölkəyə vizasız səyahət etmək mümkündür. Azərbaycan isə siyahıda 78-ci yerdədir, Azərbaycan pasportu ilə 70 ölkəyə vizasız getmək olar.
Maraqlıdır ki, azərbaycanlıların vizasız gedə biləcəyi ölkələrin siyahısında heç bir Qərbi Avropa ölkəsi yoxdur.
Siyasi şərhçi Amid Əliyev bildirir ki, ölkələr arasında səfərlərin vizasız əsasda təşkil olunması təkcə Azərbaycan dövlətinin istəyi ilə reallaşa biləcək bir məsələ deyil. Burada qarşı tərəfin də məsələdə istəkli olması əsaslardan biridir:
“Ən əsası hər iki ölkəni birləşdirən siyasi, iqtisadi və mədəni əlaqələrin yüksələn xətt üzrə inkişafı əsas indikatorlardan biri hesab oluna bilər. Əgər Azərbaycan müstəqilliyi əldə edən zaman bu ölkələrin sayı barmaqla sayılacaq həddə idisə, indi bu ölkələrin sayı 70 yaxındır.
Həmin ölkələrin iqtisadi və sosial vəziyyətinin aşağı olması məsələsi isə müzakirə mövzusu ola bilər. Əsas odur ki, həmin ölkələrin Azərbaycanla vizasız əsasda səfərlərin təşkilinə olan istəkləridir”.
Buna misal olaraq göstərmək olar ki, Gürcüstan heç də postsovet məkanında inkişaf eləmiş və Azərbaycandan uğurlu ölkə deyil, amma Qərb ölkələri Tiflis üçün qapıları açıq elan edib.
Bu məsləyə münasibət bildirərkən şərhçi onu da əlavə edib ki, son iki il ərzində Azərbaycanın Avroməkandakı rolunun artması yaxın gələcəkdə bu məsələni də müstəviyə çıxara bilər:
“Nəzərə alsaq ki, Azərbaycan Avropa ölkələrinin enerji təminatçısıdır, humanizm və tolerantlıq kimi dəyərlərə üstünlük verən ölkədir, o zaman vizasız səfərlərin təşkilində də müəyyən irəliləyişlərin ola biləcəyini deyə bilərik.
Bu gün Azərbaycan mədəniyyəti və reallıqları Avroməkanda geniş şəkildə təşviq olunur. Bu fonda da səfərlərin daha üst səviyyədə etibarlı və rahat şəkildə həyata keçirilməsi üçün Avropanın bir sıra siyasi, iqtisadi və mədəni institutları ilə birinci növbədə əkaqələr inkişaf etdirilməlidir”.
Mia Quliyeva, Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
09:00 / 27.12.2022
Ən güclü pasport hansı ölkəyə məxsusdur? – Azərbaycana tətbiq edilən İKİLİ STANDART
Hazırda oxunan: Ən güclü pasport hansı ölkəyə məxsusdur? – Azərbaycana tətbiq edilən İKİLİ STANDART
Hazırda oxunan: Ən güclü pasport hansı ölkəyə məxsusdur? – Azərbaycana tətbiq edilən İKİLİ STANDART
111770
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.