Daxili işlər orqanlarında çalışan şəxslərin COVID-19 virusuna qarşı vaksinasiyasına başlanılıb.
Bizim.Media xəbər verir ki, ötən gündən başlayaraq polis əməkdaşlarına koronavirus əleyhinə peyvənd vurulur.
MÖVZU İLƏ BAĞLI:
Koronavirusa yoluxanlar 6 aydan sonra peyvənd oluna bilər - TƏBİB
İlkin olaraq vətəndaşlarla daha çox təmas halında olan xidmət sahələrində çalışan polislər, Çevik Polis Alayının (ÇPA) əməkdaşları vaksinasiya olunur.
Qeyd edək ki, yanvarın 18-dən etibarən Azərbaycanda COVID-19 infeksiyasına qarşı vaksinasiya prosesi başlayıb.
Bizim.Media