Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ ilə bağlı RƏSMİ AÇIQLAMA

Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ ilə bağlı RƏSMİ AÇIQLAMA

Hazırda oxunan: Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ ilə bağlı RƏSMİ AÇIQLAMA

111753

Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısında dəyişiklik edilib.

Bizim.Media xəbər verir ki, bu barədə Nazirlər Kabinetinin 451 №-li Qərarına dair izahda deyilir.

Bildirilir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışan şəxslərin tələb olunan şərtlər daxilində əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. 

Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmişdir.

Əmək bazarında baş verən dəyişikliklər nəticəsində bir sıra vəzifə və peşələrin öz aktuallığını itirməsi, eləcə də bir sıra yenilərinin meydana çıxması Qərarla təsdiq edilmiş Siyahıya yenidən baxılmasına zərurət yaranmışdır.

Sözügedən Siyahıdakı vəzifələrin bir sıra müəssisələrdə mövcüd vəzifələrə aid işin xarakterik xüsusiyyəti baxımından eyni, lakin adlandırılma baxımından fərqli olması, nəticədə müəyyən şəxslərin güzəştli şərtlərlə pensiya hüququ əldə edə bilməmələrinə səbəb olur.
Qərara əsasən, Siyahıya əlavə edilməsi təklif edilən 59 vəzifə və peşə üzrə çalışan şəxslərin güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ yaranacaqdır və attestasiya protokollarının yekunlarına əsasən həmin vəzifə və peşələrin güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən vəzifələrin siyahısına daxil edilməsi məqsədəuyğun hesab olunur.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO