Ayaz Salayev ARKİ-də sədr seçkisinin keçirilmədiyini ETİRAF ETDİ

Ayaz Salayev ARKİ-də sədr seçkisinin keçirilmədiyini ETİRAF ETDİ

Hazırda oxunan: Ayaz Salayev ARKİ-də sədr seçkisinin keçirilmədiyini ETİRAF ETDİ

111752

Ola bilsin ki, irəliləyən günlərdə Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının (ARKİ) qurultayı keçirilsin. 

Bizim.Media xəbər verir ki, bunu apa.az-a açıqlamasında ARKİ-nin katibi Ayaz Salayev deyib. 

O, səsləndirilən iradlarla tanış olmadığını qeyd edib:

“Mən ARKİ-nın son iclası ilə bağlı səsləndirilən fikirlərlə tam tanış deyiləm. Amma deyim ki, bu, seçki deyildi, sadəcə iclas idi. Və məqsəd, bir növ, Şəfiqə Məmmədovanın namizədliyini dəstəkləmək idi. Ola bilsin ki, irəliləyən günlərdə qurultay keçirilsin. Bir daha təkrar edirəm, bu, seçki deyildi, sadəcə dəstək məqsədli iclas idi”. 
Qeyd edək ki, bir neçə gün öncə ARKİ-nin ümumi yığıncağında Şəfiqə Məmmədovanın yenidən İttifaqa sədr seçilməsi xəbəri verilmişdi. Lakin ittifaqın bəzi üzvləri belə bir seçkinin olmadığını və qurultayın keçirilməli olduğunu deyərək etiraz etmişdilər.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO