Yasamalda avtobus dayanacağında \

Yasamalda avtobus dayanacağında \"obyekt\" açıb işlədən kimdir? - FOTO

Hazırda oxunan: Yasamalda avtobus dayanacağında \"obyekt\" açıb işlədən kimdir? - FOTO

11173

“Son günlər Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin əməkdaşları paytaxt ərazisində avtobus zolaqlarını və dayanacaqları zəbt edən sürücülərlə bağlı müxtəlif tədbirlər həyata keçirir. Bu günlərdə saytımızla birlikdə keçirilən reyd zamanı maraqlı bir mənzərə ilə qarşılaşdıq”.

Bizim.Media xəbər verir ki, bunu avtosfer.az saytının baş redaktoru, jurnalist Elməddin Muradlı özünün Facebook səhifəsində yazıb.
 

MÖVZU İLƏ BAĞLI:

Şəkidə ağır yol qəzası - Ölənlər var


Onun sözlərinə görə, obyekt Yasamal rayonu, Şərifzadə küçəsində, "İnşaatçılar" metrostansiyasının qarşısındakı avtobus dayanacağında açılıb:

“Belə ki, bir nəfər avtomobilini avtobus dayanacağında saxlayaraq açar təmiri ilə məşğul olur, hətta yaxınlıqdakı digər obyektdən elektrik enerjisi də çəkib.

Bu səyyar xidmət sahəsinin dayanacaqda fəaliyyət göstərməsi avtobusların ikinci cərgədə saxlamasına səbəb olur.

Mən ona irad bildirərək qanunvericiliyi xatırlatdım, amma o, sadəcə qulaq asmaqla kifayətləndi.

Görünür, daha yaxşı "dayağı" olduğundan bu qədər arxayın davranır və dayanacağı obyektə çevirə bilir. Ümid edirik ki, müvafiq qurumlar bununla bağlı tədbirlər görəcək”.

Bizim.Media

​​​​​​​

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO