Qarabağ məktəbləri “halal internet”lə təmin olunacaq - EKSPERT

Qarabağ məktəbləri “halal internet”lə təmin olunacaq - EKSPERT

Hazırda oxunan: Qarabağ məktəbləri “halal internet”lə təmin olunacaq - EKSPERT

111657

“Məktəbləri "halal internet"lə təmin edən Cisco Qarabağda aparılan quruculuq işlərinə də maraq göstərir”.

Bizim.Media xəbər verir ki, bunu Azərbaycan İnternet Forumunun prezidenti, informasiya texnologiyaları üzrə ekspert Osman Gündüz bildirib: 

“Ölkədə bütün məktəblərə internet mərkəzləşmiş formada, bir nöqtədən verilir. Bu mərkəzdə isə məktəblərə verilən internet trafiki Elm və Təhsil Nazirliyi tərəfindən süzgəcdən (filtrasiyadan) keçirilir. Bununla da bütün ölkə üzrə təhsil müəssisələri zərərli informasiyalardan təmizlənmiş, "halal internet" trafiki əldə edə bilirlər”.

Osman Gündüz bildirib ki, bir neçə gün öncə Cisco rəsmiləri ilə nazirlik arasında görüş olub: 

“Son dövrlərədək Elm və Təhsil Nazirliyinin bu süzgəc infrastrukturu WebSense sistemi üzərində qurulmuşdu. Süzgəcləmə üçün zəruri olan məlumat bazası həm WebSense-in özü tərəfindən, həm də qanunvericilikdə nəzərdə tutulduğu qaydada ETN tərəfindən verilirdi. Lakin artıq bir müddətdir ki, ETN süzgəc üçün daha müasir texnologiyalardan, Cisco həllərindən istifadəyə başlayıb. Bir neçə gün öncə Cisco rəsmiləri Azərbaycanda olarkən ETN rəhbərliyi ilə görüşüb və bu məsələlər bir daha müzakirə edilib. Görüşdə “Cisco Umbrella” texnologiyası vasitəsilə Azərbaycan Təhsil Şəbəkəsinin təhlükəsizliyi və məzmununun süzgəclənməsi məsələsi diqqət mərkəzində olub.

Bu həll bulud təhlükəsizliyi sistemi olmaqla hazırda bütün təhsil sisteminin İnternet rabitə kanallarını zərərli trafikdən təmizləyir”.

“Elm və Təhsil Nazirliyi ilə Cisco arasında keçirilən görüşdə işğaldan azad edilmiş ərazilərdə qurulmaqda olan təhsil müəssisələrində Cisco həllərindən istifadə məsələsi də müzakirə predmeti olub. Qarabağda Cisco-nun innovativ mərkəzlərinin formalaşması, yeni istifadəyə verilən məktəblərin Azərbaycan Təhsil Şəbəkəsinə qoşulması, bu səbəkənin idarə edilməsi, kontent və təhlükəsizlik məsələlərində Cisco həllərindən daha effektiv istifadə nəzərdə tutulur”, - deyə Osman Gündüz qeyd edib.

Aləmdə Nəsib, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO