Kürdəmirdə 2 yük maşını toqquşdu: 1 ölü, 1 yaralı var - FOTO

Kürdəmirdə 2 yük maşını toqquşdu: 1 ölü, 1 yaralı var - FOTO

Hazırda oxunan: Kürdəmirdə 2 yük maşını toqquşdu: 1 ölü, 1 yaralı var - FOTO

111620

Kürdəmirdə ağır yol-nəqliyyat hadisəsi baş verib.

Bizim.Media xəbər verir ki, hadisə Bakı-Qazax əsas magistral yolunun rayonun Çöhranlı kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, sürücü Balakən rayon sakini 31 yaşlı Qınçıyev Rəvan Ramazan oğlu içi müxtəlif meyvələrlə dolu olan "FORD TRANZİT" markalı avtomaşınla Kürdəmir istiqamətində  hərəkətdə olarkən qarşısında hərəkətdə olan Tovuz rayon sakini Cəfərov Akifin idarə etdiyi  mişar daşı ilə dolu olan  "KAMAZ" markalı yük maşınının qoşqusuna çırpılıb.
Nəticədə "FORD"da olan sürücü Balakən rayon sakinləri - Qınçıyev Rəvan Ramazan oğlu və onun sərnişini Elvin Oktay oğlu Kərimov müxtəlif dərəcəli ağır bədən xəsarətləri alıblar.

Yaralılar dərhal təcili tibbi yardım maşınının köməyi ilə Kürdəmir rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.

Həkimlərin səyinə baxmayraq “FORD”un sərnişini 31 yaşlı  Elvin Oktay oğlu Kərimov elə xəstəxanada dünyasını dəyişib.

Onun meyiti müayinə olunması üçün Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertizası və Pataloji Anatomiya Birliyinin Kürdəmir rayon şöbəsinə yerləşdirilib. Hazırda faktla bağlı araşdırma aparılır.

Aqil Əsədov, Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO