Mingəçevirdə brokonyerlər SAXLANILDI - FOTO 

Mingəçevirdə brokonyerlər SAXLANILDI - FOTO 

Hazırda oxunan: Mingəçevirdə brokonyerlər SAXLANILDI - FOTO 

111475

Mingəçevirdə qanunsuz balıq ovu ilə məşğul olan şəxs saxlanılıb.

Su Nəqliyyatında Polis İdarəsinin Mingəçevir Xətt Polis məntəqəsinin əməkdaşları tərəfindən xidməti ərazidə qanun pozuntularının aşkarlanması və təqsirkar şəxslərin müəyyən edilməsi istiqamətində monitorinqlər davam etdirilir.

DİN-nin Mətbuat Xidmətindən Bizim.Media-nın yerli bürosuna verilən məlumata görə, bu tədbirlər çərçivəsində keçirilən növbəti reyd zamanı Mingəçevir Su Anbarının ərazisindən quraşdırılan qanunsuz torlar və balıqların ovlanması üçün istifadə olunan müxtəlif növ qurğular polis əməkdaşları tərəfindən sudan çıxarılıb və qanunamüvafiq qaydada tədbirlər görülüb.  

Monitorinq zamanı qanunsuz olaraq balıq ovu məşğul olan Yevlax şəhər sakinli Elnur Hüseynov saxlanılıb. Ovladığı 30-dan çox balıq maddi sübut kimi götürülüb.
Faktla bağlı araşdırmalar davam etdirilir.

İdarədən bildirilib ki, vaxtaşırı olaraq keçirilən bu kimi nəzarət-profilaktiki tədbirlərlə balıq ovu və ovçuluq ilə məşğul olan şəxslərin onlara verilmiş kvotalara riayət etmələri, qayıqla balıq tutanların sənədlərinin mövcudluğu yoxlanılır, partlayıcı və digər qanunla qadağan edilmiş vasitələrdən istifadə edərək balıq ovlayanların müəyyən edilməsi, eləcə də başqa ekoloji cinayət törədənlərin aşkarlanması həyata keçirilir.

Bu istiqamətdə tədbirlər davam etdirilir.

Məqsəd Rəhimov, Bizim.Media, Qərb bürosu.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO