Qarabağdakı yataqların qanunsuz istismarı ilə bağlı NAZİRDƏN AÇIQLAMA 

Qarabağdakı yataqların qanunsuz istismarı ilə bağlı NAZİRDƏN AÇIQLAMA 

Hazırda oxunan: Qarabağdakı yataqların qanunsuz istismarı ilə bağlı NAZİRDƏN AÇIQLAMA 

111407

“Dekabr ayının əvvəlindən başlayaraq, Azərbaycan tərəfi Rusiya sülhməramlı kontingenti ilə onların müvəqqəti yerləşdirildiyi ərazilərimizdə təbii ehtiyatların qanunsuz istismarının dayandırılması, monitorinq və inventarlaşmanın aparılması, ətraf mühitə zərər və risklərin qiymətləndirilməsi və nəticələrinin aradan qaldırılması məsələlərini müzakirə edir”. 

Bizim.Media xəbər verir ki, bunu “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”na həsr olunmuş tədbirdə ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev “Böyük Qayıdışın ekoloji aspektləri” adlı məruzəsində bildirib. 

“Sözsüz ki, bu vəziyyət cəmiyyətimiz tərəfindən normal qarşılana bilməz. Biz ictimaiyyətin narahatlığını başa düşürük. Ekoloji terrora son qoyulması üçün ictimaiyyət nümayəndələrinin fəaliyyətini vurğulayan nazir bunları əlavə edib. Şaxtalı havaya baxmayaraq, vətəndaş cəmiyyətinin nümayəndələri, qeyri-hökumət təşkilatlarını təmsil edən ekoloji fəallar Laçın-Şuşa yolunda etiraz aksiyası keçirirlər. Aksiyanın məqsədi Azərbaycan ərazilərində təbii ehtiyatların qanunsuz istismarının dayandırılmasıdır”, - nazir əlavə edib. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO