Sərhəddə ƏMƏLİYYAT: Saxlanılanlar var

Sərhəddə ƏMƏLİYYAT: Saxlanılanlar var

Hazırda oxunan: Sərhəddə ƏMƏLİYYAT: Saxlanılanlar var

111391

Dövlət Sərhəd Xidməti (DSX) və Daxili İşlər Nazirliyi (DİN) əməkdaşları birgə əməliyyat keçirib. 

Bu barədə Bizim.Media-ya DSX-dan məlumat verilib.

Bildirib ki, DSX və DİN əməkdaşlarının birgə həyata keçirdikləri əməliyyat tədbirləri nəticəsində dekabr ayının 23-də saat 01:40-da Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Xudat” sərhəd dəstəsinin Qusar rayonunun Həzrə kəndi yaxınlığında yerləşən sərhəd zastavasının xidməti ərazisində Azərbaycan Respublikasından Rusiya Federasiyası istiqamətində dövlət sərhədini keçməyə cəhd göstərən 5 nəfər Pakistan İslam Respublikası vətəndaşı saxlanılıb. 

Araşdırmalar zamanı saxlanılan şəxslərin ölkə ərazisinə rəsmi qaydada gəlmələri, dövlət sərhədini pozaraq Azərbaycan Respublikasından Rusiya Federasiyasına, oradan isə Avropa ölkələrindən birinə miqrasiya etmək niyyətində olmaları müəyyənləşdirilib.
Fakt üzrə qeyri-leqal miqrasiya kanalının aşkarlanaraq zərərsizləşdirilməsi istiqamətində əməliyyat-istintaq tədbirləri davam etdirilir.

Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO