Qaxda “Zəfərin mübarək, Azərbaycanım” adlı ədəbi-bədii gecə KEÇİRİLDİ - FOTO 

Qaxda “Zəfərin mübarək, Azərbaycanım” adlı ədəbi-bədii gecə KEÇİRİLDİ - FOTO 

Hazırda oxunan: Qaxda “Zəfərin mübarək, Azərbaycanım” adlı ədəbi-bədii gecə KEÇİRİLDİ - FOTO 

111330

Səməd Vurğun adına Qax rayon mədəniyyət mərkəzinin təşklatçılığı ilə Qaxingiloy kənd mədəniyyət evində “Zəfərin mübarək, Azərbaycanım” adlı ədəbi-bədii gecə keçirilib.

Bizim.Media-nın yerli bürosu bildirir ki, tədbirdə rayon ictimaiyyətinin nümayəndələri, mədəni-maarif müəssisələrinin işçiləri, ziyalılar, orta məktəb müəllimləri və gənclər iştirak edib.

İştirakçılar öncə mədəniyyət evinin foyesində Qax rayon uşaq incəsənət məktəbinin təsviri incəsənət şöbəsinin şagirdlərinin rəsmlərindən ibarət sərgiylə tanış olub.  

Əbədi-bədii gecə Uşaq incəsənət məktəbinin nağara müəllimi İlham Nəzirovun rəhbərliyi ilə "Nağaraçalanlar" ansamblının ritimləri ilə başlayıb və Sahib Şərifovun rəhbərlik etdiyi “Çeşmə” instrumental ansamblının çıxışı ilə davam edib.  

Vətən müharibəsının iştirakçıları Fərid Kərimovun, Niyazi Mirzəbəyovun, “Xalq ulduzu” yarışmasının iştirakçısı Arzu Dunusovanın, “Simurq” mükafatının laureatı Xuraman Camalovanın, Əfrayım Yəhyayevin ifa etdiyi mahnılar iştirakçılar tərəfindən alqışlarla qarşılanıb.

Şuşada keçirilən birinci “Xarıbülbül” festivalının iştirakçısı olmuş Qaxingiloy kənd mədəniyyət evinin “Şvidkasso” gürcü Xalq xorunun, “İmedi” rəqs kollektivinin, Ağyazı kənd mədəniyyət evinin “Samur” folklor kollektivinin və İncəsənət məktəbinin “Tumurcuq” rəqs kollektivinin çıxışları tədbirə xüsusi ahəng qatıb.  

Gecədə həmçinin İsmayıl Dağıstanlı adına Xalq teatrının aktyorlarının ifasında Azadə Talehin “Xarıbülbül” əsərindən bir hissə göstərilib.  

Tədbir Lalə İlyasovanın ifasında tədbir iştirakçıları ilə birgə “Qarabağ Azərbaycandır” mahnısı ilə yekunlaşıb.  

Tural Rasim oğlu, Bizim.Media, Şimal-Qərb bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO