"Azərbaycan ərazi bütövlüyünü bərpa etdikdən sonra həmin ərazilərdə yasayan ermənilərin vəziyyəti müzakirə obyektinə çevrilib. Hətta deyərdim ki, qəsdən bu məsələ olduğu kimi deyil, mənfi istiqamətdə müzakirə olunur".
Bizim.Media xəbər verir ki, bu fikirləri Demokrat.az-a açıqlamasında Milli Məclisin deputatı Müşfiq Cəfərov deyib.
Deputat qeyd edib ki Azərbaycan və Ermənistan xalqı uzun illər birgə yaşayıblar:
"Qafqazda yaşayan xalqların düşmənliyini öz məqsədlərinə çatmaq üçün bir vasitəyə çevirən kənar güclər Xankəndidəki erməni əsilli insanlara Azərbaycan dövlətinin idarəçiliyini qəbul etmələrini pis bir hal kimi aşılayırlar. Lakin Xankəndidəki erməni əsilli sakinlər unutmasın ki, hətta 30 il əvvəl ara qarışanda Gəncə, Bakı və Sumqayıtdakı ermənilər elə azərbaycanlı yaxın dostlarının evlərinə sığınmışdılar. Həmin qarışıq dövrdə Azərbaycanı tərk edə bilməyib hələ də yaşayan erməni əsilli Azərbaycan vətəndaşları var. Düşünün silahlanmış erməni terrorçuları azərbaycanlılara qarşı qırğın törədir, lakin sivil ermənilər bundan qorxub bizə sığınır. Çünki həmin vaxt silahlı erməni dəstələri öz doğmasını belə öldürüb beynəlxalq ictimaiyyətə özlərini qurban kimi tanıdırdılar".
Deputat qeyd edib ki, Xankəndidəki erməni əsilli Azərbaycan vətəndaşları olacaq şəxslərin hüquq və azadlıqları Azərbaycan Respublikasının qanunları tərəfindən təmin olunacaq:
"Xankəndi erməniləri də Azərbaycan ərazisində yaşayan dinindən irqindən milliyyətindən asılı olmayaraq bütün vətəndaşalarımızın sahib olduğu azadlıqlardan yararlana biləcəklər. Nəinki Yeni Azərbaycan Partiyası, hətta dövlətimizdə qeydiyyatdan keçən digər bütün partiyaların üzvü ola biləcəklər".
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
18:09 / 23.12.2022
Deputat: "Xankəndi erməniləri istəsələr YAP-ın və digər partiyaların üzvü ola biləcəklər"
Hazırda oxunan: Deputat: "Xankəndi erməniləri istəsələr YAP-ın və digər partiyaların üzvü ola biləcəklər"
Hazırda oxunan: Deputat: "Xankəndi erməniləri istəsələr YAP-ın və digər partiyaların üzvü ola biləcəklər"
111304
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.