AMEA-nın tenderini udan şirkətdən ARAYIŞ: “2 milyon vergi borcumuzu ödədik”

AMEA-nın tenderini udan şirkətdən ARAYIŞ: “2 milyon vergi borcumuzu ödədik”

Hazırda oxunan: AMEA-nın tenderini udan şirkətdən ARAYIŞ: “2 milyon vergi borcumuzu ödədik”

111294

19 dekabr 2022-ci il tarixdə Bizim.Media-da “2 milyon vergi borcu olan şirkət AMEA-nın kitabxanasını necə qoruyacaq? – AÇIQLAMA” başlıqlı yazı dərc olunmuşdu. Yazıda AMEA-nın Mərkəzi Elmi Kitabxananın mühafizəsi üçün keçirilən tender barədə fikirlər və Tender Komissiyasının sədri Yusif İsmayılovun açıqlaması yer almışdı.

Bu gün adı yazıda hallanan və məlum tenderin qalibi “Alov-Mühafizə” MMC-dən Bizim.Media-ya məktub daxil olub. Məktubda Cəmiyyətin sədri Xalis Talıbov söhbət açılan məsələlərə ətraflı aydınlıq gətirib. 
 

MÖVZU İLƏ BAĞLI:

2 milyon vergi borcu olan şirkət AMEA-nın kitabxanasını necə qoruyacaq? - AÇIQLAMA


O bildirib ki, bir il ərzində qiymətlərin artmasının bir sıra əsaslı səbəbləri var: 

“Birincisi, 2022-ci il üzrə keçirilmiş tenderin qalibi olan müəssisəmiz ƏDV ödəyicisi olmayan müəssisə kimi tenderdə iştirak etmişdi və verdiyi qiymət ƏDV-siz olmuşdu. Bu ilin təklif etdiyimiz qiymətsə ƏDV-siz 79 min manatdır. Bu il tenderdə iştirak edən şirkətimiz isə ƏDV ödəyicisidir. Ona görə də təklif etdiyimiz xidmətin haqqına ƏDV də əlavə edilib. Ona görə də vəsaitin həcmi bir qədər çox görünür. Amma əsl həqiqətdə isə biz ən aşağı xidmət haqqı təklif etmişik”.

Cəmiyyətin sədri onu da əlavə edib ki, hazırda Mərkəzi Elmi Kitabxanada Cəmiyyətimizi 13 nəfər mühafizəçisi və 1 nəfər növbə rəisi xidmət göstərir:

“İndi özünüz hesablama aparın 100 min manatı il ərzində 14 nəfər işçi arasında bölün, üstəlik Şirkətin mənfəətini də nəzərə alın. Görəcəksiniz ki, qiymətdə heç bir şişirtmə yoxdur. Əksinə, biz bazar qiymətlərindən xeyli aşağı xidmət təklif etmişik”.

Məsələnin ikinci tərəfinə toxunan Xalis Talıbov bildirdi ki, hal-hazırda “Alov-Mühafizə” MMC-nin heç bir vergi borcu yoxdur.

Şirkət rəhbəri məktuba İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhər Lokal Gəlirlər Baş İdarəsinin verdiyi arayışı da əlavə edib. Arayışdan da aydın olur ki, şirkətin hal-hazırda heç bir vergi borcu yoxdur.

Məsələ ilə bağlı AMEA-nın Tender Komissiyasının sədri Yusif İsmayılovla əlaqə saxladıq. O, Bizim.Media-ya bildirib ki, Sizin yazınızdan sonra “Alov-Mühafizə” MMC-nin rəhbərliyi vergi borcu olmaması ilə bağlı bizə arayış təqdim edib:

“Mən daha artıq danışmaq istəmirəm. Çünki, ötən dəfəki çıxışımdan sonra xeyli söz-söhbətlər yarandı. Mən müsahibə vermiyəcəkdim. Sadəcə, Kitabxananın direktoru dedi deyə, açıqlama verdim. Vəssəlam. Sağ olun”.

Surxay Atakişiyev, Bizim.Media



© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO