Bakı Ali Neft Məktəbində beynəlxalq qiymətləndirmə tədbirləri keçirilir

Bakı Ali Neft Məktəbində beynəlxalq qiymətləndirmə tədbirləri keçirilir

Hazırda oxunan: Bakı Ali Neft Məktəbində beynəlxalq qiymətləndirmə tədbirləri keçirilir

111282
Bakı Ali Neft Məktəbində (BANM) Türk Standartları İnstitutunun (TSİ) auditorları beynəlxalq standartların tətbiqinə dair qiymətləndirmə tədbirləri həyata keçirirlər. Bununla əlaqədar olaraq, BANM-də  TSİ-nin nümayəndələrinin iştirakı ilə iclas keçirildi.

İclasda  öncə SOCAR-ın “Günəşli”x9d yatağının 10 saylı stasionar dərin dəniz özülündə baş vermiş qəza nəticəsində həlak olanların xatirəsi dərin ehtiramla anılaraq bir dəqiqəlik sükutla yad edildi. BANM-in rektoru Elmar Qasımov bildirdi ki, neftçi peşəsi qəhrəmanlıq tələb edən bir peşədir. O,  bu sahənin ölkə iqtisadiyyatının inkişafı üçün, neft-qaz sənayesi üçün vacib bir sahə olduğunu vurğuladı. Elmar Qasımov Azərbaycan xalqının, o cümlədən Ali Məktəbin professor-müəllim heyəti və tələbələrinin fədakar neftçilərin xatirəsini hər zaman əziz tutulacağını dedi. O, neftçi peşəsini seçən Ali Məktəb tələbələrinə mətin, cəsur olmağı tövsiyə etdi. BANM-də üç modul üzrə İSO beynəlxalq standartının tətbiq edildiyini və ildə bir dəfə audit yoxlaması keçirildiyini deyən rektor BANM-in digər modullar üzrə standartların əldə olunmasına çalışdığını vurğuladı. O, bu istiqamətdə işlərin sürətlə aparıldığını bildirdi. Elmar Qasımov TSİ nümayəndələrinə bütün strukturlarda apardıqları yoxlamalarda hərtərəfli təftiş etməyi xahiş etdi və onlara uğurlar arzuladı.

TSİ-nin Azərbaycandakı təmsilçisi Səlim Çələbi “Günəşli”x9d yatağının 10 saylı stasionar dərin dəniz özülündə baş vermiş qəza ilə bağlı çox üzüldüyünü bildirdi. Azərbaycanın acısının, kədərinin Türkiyənin də acısı olduğunu deyən Səlim Çələbi  qardaş Türkiyə xalqının bu üzüntülü hadisə ilə bağlı kədərləndiyini dedi.  Səlim Çələbi BANM-in ali təhsil müəssisəsi olaraq Azərbaycanda analoji qurumlar arasında öndə gedən Ali Məktəb olduğunu vurğuladı. O, dedi ki, BANM bir çox ali təhsil müəssisələrinin fəaliyyəti və inkişafı üçün nümunədir. BANM-in gələcəkdə digər modullar üzrə yeni standartların əldə olunmasına nail olacağına əminliyini ifadə etdi. O, bildirdi ki, yoxlamalar iki gün ərzində aparılacaq.

Xatırladaq ki, BANM ilk və yeganə ali təhsil müəssisəsidir ki, İSO-nun üç istiqaməti üzrə -  ISO 9001 “Keyfiyyət İdarəetmə Sistemi”x9d, ISO 14001 “Ekologiya idarəetmə sistemi”x9d, OHSAS 18001 “Əməyin mühafizəsi və təhlükəsizlik texnikası idarəetmə sistemi”x9d üzrə beynəlxalq sertifikata sahib olub.

Qeyd edək ki, iki gün ərzində keçirilən audit yoxlanışından sonra auditin yekun nəticələrinin açıqlanmasına dair iclas olacaq.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO