Bakı-Quba yolu açıldı - FOTO

Bakı-Quba yolu açıldı - FOTO

Hazırda oxunan: Bakı-Quba yolu açıldı - FOTO

111255

Bakı-Quba yolu bu gün saat 2-də açılıb.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin mətbuat katibi Anar Nəcəfli Bizim.Media-ya açıqlamasında bildirib ki, Quba-Bakı istiqamətində 67 km yol əsaslı bərpa edilib.

Yolun 64 km-lik hissəsi bu gün istifadəyə verilib. Qalan 3 km 2023-cü il yanvar ayının 10-na tam hazır olacaq.

Onun sözlərinə görə, işlərin 98 faizi görülüb. Yolun hazır hissəsi Prezidentin tapşırığına əsasən, Yeni il və Dünya Azərbaycanlılarının Həmrəyliyi gününə hədiyyə kimi vətəndaşlarımıza, şimala gedən sakinlərə və turistlərə açılıb. 
Açılış mərasimində Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin sədri Saleh Məmmədov, sədrin 1-ci müavini Əvəz Qocayev və Quba İH başçısı Ziyəddin Əliyev iştirak ediblər. 

Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu













© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO