Körpənin döyüldüyünü iddia edən hüquq müdafiəçisi ÖLÜMLƏ hədələnir

Körpənin döyüldüyünü iddia edən hüquq müdafiəçisi ÖLÜMLƏ hədələnir

Hazırda oxunan: Körpənin döyüldüyünü iddia edən hüquq müdafiəçisi ÖLÜMLƏ hədələnir

111210

Azərbaycan Uşaqlar Birliyinin rəhbəri Kəmalə Ağazadə bir neçə şəxs tərəfindən ölümlə hədələnir.

Bizim.Media xəbər verir ki, o, bu barədə “Facebook” hesabında məlumat verib.
 

MÖVZU İLƏ BAĞLI:

Körpənin döyüldüyü iddia edilən sığınacaq sahibi: “Məni heç kim yıxa bilməz”


Hüquq müdafiəçisinin sözlərinə görə ona qarşı təhdid və şantajlar bu günlərdə “Sevgi evi” sığınacağında yaşayan “Totu” ləqəbli Aysunun durumu ilə bağlı paylaşım edəndən sonra başlayıb: 

“Son günlər fəaliyyətimlə bağlı bir neçə şəxs tərəfindən davamlı olaraq təhdid, şantaj olunuram, ölümlə hədələnirəm. Təhdidlər bir neçə gün öncə 2 yaşlı körpənin durumu ilə bağlı yazdığım statusdan sonra başlayıb.

Nüfuzuma xələl gətirən yalan məlumatlar paylaşılır. Artıq təhdidlərin məzmunu həyatıma, ailə üzvlərimə təhlükə yaradacağını ehtimal etdiyim üçün hüquq mühafizə orqanlarına müraciət etməyə qərar verdim. Əminəm ki, Daxili İşlər Nazirliyi, o cümlədən Baş Prokurorluq bu məsələni araşdıracaq və hüquqi qiymət verəcək”.
 

Xatırladaq ki, Azərbaycan Uşaqlar Birliyinin rəhbəri Kəmalə Ağazadə sosial hesabında “Sevgi evi” uşaq sığınacağında baş verənlərlə bağlı narahatlığını və “Totu” ləqəbli Aysunun 2 il ərzində döyüldüyünü bildirərək, körpənin xilası üçün dövlət qurumlarına çağırış etmişdi.


“Sevgi evi” Uşaq sığınacağının sahibi Könül Qasımova isə iddialarla razılaşmayaraq, Kəmalə Ağazadənin qanun qarşısında cavab verəcəyini bəyan edib.

Alçina Amilqızı, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO