“Azərbaycan Dəmir Yolları”ında kütləvi İXTİSARLA bağlı qurumdan RƏSMİ AÇIQLAMA 

“Azərbaycan Dəmir Yolları”ında kütləvi İXTİSARLA bağlı qurumdan RƏSMİ AÇIQLAMA 

Hazırda oxunan: “Azərbaycan Dəmir Yolları”ında kütləvi İXTİSARLA bağlı qurumdan RƏSMİ AÇIQLAMA 

111191

Xəbər verdiyimiz kimi “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətində kütləvi ixtisarların başladığı iddia olunur.

Bununla bağlı Bizim.Media-ya 31 il “Azərbaycan Dəmir Yolları” QSC-də Təsərrüfat Departamentinin sədr müavini vəzifəsində çalışan, hazırda isə işdən çıxarılan Mehman Əliyev məlumat vermişdi. Şikayətçinin bildirdiyinə görə sədr müavini olduğu Departamentin təxminən 35 nəfərinin işinə əsassız yerə xitam verilib və bu barədə işçilərin özlərinə də xəbərdarlıq edilib. İşdən kənarlaşdırılmalarına səbəb olaraq isə müqavilə müddətinin bitməsi əsas gətirilib. 
 

MÖVZU İLƏ BAĞLI:

“Azərbaycan Dəmir Yolları”nda kütləvi İXTİSAR – 35 nəfərin işinə niyə XİTAM VERİLDİ? – ÖZƏL 


“Azərbaycan Dəmir Yolları” QSC məsələ ilə bağlı Bizim.Media-nın sorğusunu cavablandırıb. Sorğuya cavabı təqdim edirik:

“Azərbaycan Dəmir Yolları” QSC-də işçilərin və iş yerlərinin kütləvi şəkildə ixtisarı nəzərdə tutulmur.

Hazırda strukturun optimallaşdırılması istiqamətində bir sıra kompleks tədbirlər həyata keçirilir, zəruri olmayan ştat vahidləri ləğv edilir və bu vahidlər üzrə yeni işçilərin qəbulu aparılmır. Hazırda əmək müqaviləsinin müddəti bitmiş əməkdaşların kvalifikasiya göstəriciləri və peşə bacarıqları yoxlanılaraq onlara Azərbaycan Dəmir Yollarının müxtəlif strukturlarında müvafiq işlər təklif olunur”, - deyə məlumatda qeyd olunur.

Əldə etdiyimiz məlumata görə “Azərbaycan Dəmir Yolları” QSC-nin yeni rəhbəri Rövşən Rüstəmov qurumun Təsərrüfat Departamentinin rəisini də işdən çıxararaq, yerinə xalası oğlu Fərid Hüseynovu təyin edib. 

Xatırladaq ki, oktyabrın 26-da “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinə Rövşən Mürvət oğlu Rüstəmov sədr təyin edilib.

Dekabrın 2-də isə "Azərbaycan Dəmir Yolları" QSC-nin Mətbuat katibliyi şöbəsinin rəisi Natavan Bayramova işdən çıxıb. O, bu vəzifəyə 2019-cu ildə təyin olunmuşdu.

Alçina Amilqızı, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO