“Gələcəyini dizayn et” layihəsinin açılış mərasimi keçirildi - FOTO 

“Gələcəyini dizayn et” layihəsinin açılış mərasimi keçirildi - FOTO 

Hazırda oxunan: “Gələcəyini dizayn et” layihəsinin açılış mərasimi keçirildi - FOTO 

111131

21 dekabr 2022-ci il tarixində Azərbaycan Respublikasının Gənclər Fondunun “İdeyanı Reallaşdır 2022” Gənclərin Fərdi Layihələri üzrə Qrant Müsabiqəsinin qalibi olan “Gələcəyini dizayn et” layihəsinin açılış mərasimi keçirilib. 

Bizim.Media xəbər verir ki, tədbir zamanı öncə layihə rəhbəri Solmaz Məmmədli iştirakçılara layihə haqqında ətraflı məlumat verib. 

Daha sonra layihənin tərəfdaşı olan Azərbaycan Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyinin Yasamal rayon filialının sədri Bəhram Şeydayev çıxış edərək təmsil etdiyi təşkilat haqqında ümumi məlumat verib və iştirakçılara uğurlar arzulayıb.  

Layihənin təlimçisi Xanımzər Məmmədova layihə iştirakçıları ilə tanış olaraq öz fəaliyyəti haqqında məlumat verib. 

Tədbirin rəsmi hissəsi bitdikdən sonra dərslərin daha effektiv keçirilməsi və layihə iştirakçılarının praktiki təcrübəsinin artırılması üçün Xətai metrosu yaxınlığında yerləşən yeni tikilmiş yaşayış binasına gedilib və təlimçi Xanımzər Məmmədova onlara orada olan tikintinin lazer metrə ilə ölçü götürülməsi, eskiz çəkilməsi və bəzi görünən memari konstruksiyalar haqqında məlumat verib. 

Qeyd edək ki, dərslər, 22 dekabr tarixindən həftənin 1 və 4-cü günləri Azərbaycan Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyinin təlim mərkəzində keçiriləcək.  

Layihə çərçivəsində maddi cəhətdən ehtiyacı olan 20 nəfər gəncə 1 ay müddətinə ödənişsiz “AutoCad” proqramı tədris ediləcək.  

Xatırladaq ki, layihə Azərbayan Respublikasının Gənclər Fondunun maliyyə, Azərbaycan Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyinin təşkilatı dəstəyi ilə həyata keçirilir. 

Bizim.Media



© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO