\

\"Göynük qartalları İkinci Qarabağ müharibəsində\" kitabı elektron versiyada - FOTO 

Hazırda oxunan: \"Göynük qartalları İkinci Qarabağ müharibəsində\" kitabı elektron versiyada - FOTO 

111128

“Azərbaycan xalqının tarixinə qızılı hərflərlə yazılan İkinci Qarabağ savaşında əldə edilən zəfər, min illər bundan sonra da qürur və şərəflə anılacaq. Bu qələbədə vətən uğrunda düşmən üzərinə şir kimi gedən əsgər və zabitlərimizin qeyri-adi qəhrəmanlıqları dünyanı belə heyrətə salmışdı. Təbii ki düşmən üzərndə qazanılan qələbədə tarix boyu müstəmləkə zülmünə qarşı mübarizə aparan, qəhrəmanalıqları və igidlikləri ilə nəinki Şəki-Zaqtala, həm də Azərbaycanda tanınan göynüklülərin, Göynük Qartallarının böyük xidmətləri oldu. Baş Göynük, Aşağı Göynük, eləcə də yaxın kəndlərdə, o cümlədən respublikamızın digər yerlərində anadan olan göynüklülər düşmən üzərində qələbə çalmasına öz töhfələrini verdilər”.  

Bizim.Media-nın yerli bürosu bildirir ki, bu fikirlər "Göynük qartalları İkinci Qarabağ müharibəsində" kitabında ön söz yerində qeyd edilib.  

Kitabda qeyd olunub ki, Şəki rayonunun Baş Göynük, Baş Şabalıd, Aşağı Göynük, Baş Layısqı, Cunud, Qumux, Şin və Cumakənd kəndlərindən İkinci Qarabağ müharibəsində 232 nəfər könüllü iştirak edib, o cümlədən, 5 şəhid verilib.  

Bioqrafik məlumatlardan ibarət kitab – xatirə toplusu olan "Göynük qartalları İkinci Qarabağ müharibəsində" kitabının ərsəyə gəlməsində elə bu yurdun övladları Şahin Aydəmir, Osman Məmmədov və İlkin İbrahimxəlilovun xüsusi xidmətləri olub. 
“Şəki Ensklopediyası”nın moderatoru Aydın Məmmədovun sözlərinə görə, bu gündən etibarən həmin kitab elektronlaşdırılaraq hamı üçün əlçatan edilib.  

Tural Rasim oğlu, Bizim.Media, Şimal-Qərb bürosu



© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO