Qeyd edək ki, hazırda belə qayda pozuntularına yol verən şəxslərə xəbərdarlıq edilir və ya 30- 50 manat arası məbləğdə cərimə tətbiq olunurlar.
Bəs görəsən bu cərimələrin miqdarının artırılmasında məqsəd nədir? Ümumiyyətlə bu qanun pozuntuları necə müəyyən edilir, kiminsə qərəzli şəkildə şikayət etməsi hansı üsulla müəyyən olunur?
Moderator.az vəkil Vamiq Şükürovla bu suallara aydınlıq gətirməyə çalışıb.
Vamiq Şükürov deyib ki, cərimələrin artırılması alqışlanası haldır: “Bu hallar son dövrdə daha da artıb, xüsusilə də Bakı şəhərində çox böyük problemə çevrilib. Təzə tikilən binalarda səs-küy salmaq halları daha çoxalıb. Sakinlər gecələr rahat yata bilmirlər, səs-küy uşaqlara ciddi təsir edir. Lakin bir məsələ də var ki, bu formada inzibati xətalara görə insanlar demək olar ki, məsuliyyətə cəlb olunmur. Halbuki bu hallar kifayət qədərdir. Buna ən birinci səbəb qonşu qonşudan şikayət etməməsidir. Çünki bizim mentalitetimizdə, əxlaqi xüsusiyyətlərimizdə qonşudan şikayət etmək qəbahət sayılır. Digər tərəfdən də, əhali kimə, hansı orqana şikayət edəcəyini dəqiq bilmir. Vətəndaş məlumatlandırılımır ki, belə hal baş verdikdə Mənzil İstismar Sahəsinəmi, yoxsa polisəmi müraciət etsinlər. Yaxşı olardı ki, bu barədə polis orqanları marifləndirici tədbirlər görsünlər. Məsələn, hər binanın girişində bununla bağlı məlumat lövhələri, elanlar yerləşdirmək olar”x9d.
Vəkil onu da bildirib ki, kiminsə qərəzli şikayət əsasında cərimələnməsi mümkün ola bilməz: “İnzibati Xətalar Məcəlləsində inzibati xətanın müəyyən olunması, protokollaşdırılması, işə baxılması və cərimənin tətbiq olunması ciddi şəkildə müəyyənləşdirilib. Bu özbaşına fəaliyyət deyil ki, kim gəldi məsuliyyətə cəlb olunsun. İnzibati Xətalar Məcəlləsində qaydalar elə müəyyən olunub ki, təqsirsiz şəxsin cəzalandırılmasına imkan verilmir. Təqsirli şəxsi polis asanlıqla müəyyən edir və məsuliyyətə cəlb edir".xa0
Rumiyyə






























































































