Şəkidə yol kənarında meyit tapıldı

Şəkidə yol kənarında meyit tapıldı

Hazırda oxunan: Şəkidə yol kənarında meyit tapıldı

111027

Şəki rayonunda yol kənarında meyit tapılıb.

Bizim.Media apa.az-a istinadən xəbər verir ki, bu gün səhər saatlarında rayonun Qoxmuq kəndində yol kənarında üzərində zorakılıq əlamətləri olmayan kişi meyiti aşkar edilib.

Araşdırma zamanı məlum olub ki, meyiti tapılan şəxs 64 yaşlı Qoxmuq kənd sakini Ürfət Qasımovdur.

Ölümün dəqiq səbəbini müəyyən etmək üçün meyit Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Şəki Rayon Şöbəsinə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO