Vaxtilə Naxçıvan Ali Məclisinin önündə icazəsiz çəkiliş etmək bir yana, burada avtomobil saxlamaq belə qadağan idi.
Bizim.Media xəbər verir ki, Baku TV-nin müxbiri Tural Müseyibov çəkiliş zamanı heç bir maneə olmadığını bildirib.
Onun sözlərinə görə, yaxınlaşıb sual verən də yoxdur: “Bu, indiyə qədər görülməmiş haldır”.
Bildirilir ki, ora çəkiliş qrupları gələndə hər zaman icazələr alınırdı.
T.Müseyibov qeyd edir ki, Vasif Talıbovun istefa xəbəri çıxandan dərhal sonra Naxçıvanın böyük ticarət mərkəzlərinin birinin önündə canlanma baş verib. Belə ki, Talıbovun həmin ticarət mərkəzi ilə bağlı qoyduğu qadağa da qüvvədən düşüb.
Bundan başqa, Naxçıvanda avtomobillərin arxa şüşələrinə pərdə və plyonkaların vurulması ilə bağlı məhdudiyyət də artıq yoxdur.
Daha ətraflı süjetdə tanış ola bilərsiniz:
Bizim.Media