Şuşanın Strateji İnkişaf planı QƏBUL OLUNDU 

Şuşanın Strateji İnkişaf planı QƏBUL OLUNDU 

Hazırda oxunan: Şuşanın Strateji İnkişaf planı QƏBUL OLUNDU 

111009

Azərbaycan Prezidentinin Şuşa rayonu üzrə xüsusi nümayəndəsi, Şuşa şəhəri Dövlət Qoruğu İdarəsinin Müşahidə Şurasının sədri Aydın Kərimovun rəhbərliyi ilə Müşahidə Şurasının növbəti, ikinci iclası keçirilib.

Bizim.Media-ya Şuradan verilən məlumata görə, iclasda Şuşa şəhəri Dövlət Qoruğu İdarəsinin İcraçı direktorunun müavini, icraçı direktor vəzifələrini müvəqqəti icra edən Tural Novruzov tərəfindən əsas hədəfləri özündə əks edən və icrası 2026-cı ilə qədər nəzərdə tutulan Şuşa şəhər Dövlət Qoruğu İdarəsinin  Strateji İnkişaf planı Müşahidə Şurası üzvlərinə təqdim edilib və ümumi rəy nəticəsində qəbul olunub.

Eyni zamanda, Müşahidə Şurasının iclasında bir sıra təşkilati məsələlər də  müzakirə olunub və Şuşa Dövlət Qoruğu İdarəsinə yeni daxili auditor təyin edilib.

Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO