Jurnalistlər arasında şahmat yarışının mükafatçıları MƏLUM OLDU - FOTO 

Jurnalistlər arasında şahmat yarışının mükafatçıları MƏLUM OLDU - FOTO 

Hazırda oxunan: Jurnalistlər arasında şahmat yarışının mükafatçıları MƏLUM OLDU - FOTO 

110925

"Vüqar Həşimov Memorialı-2022" superturniri çərçivəsində media nümayəndələri arasında keçirilən şahmat yarışının mükafatçıları müəyyənləşib. 

Bizim.Media xəbər verir ki, bu barədə turnirin mətbuat xidmətinin məlumatlnda bildirilib.

Məlumata görə, Vüqar Həşimov Şahmat Akademiyasında təşkil olunan yarış İsveçrə sistemi üzrə 7 turdan ibarət olub.

Hər iştirakçıya görüşün sonunadək 10 dəqiqə və birinci gedişdən başlayaraq hər gediş üçün əlavə 3 saniyə vaxt verilib.

Gərgin idman mübarizəsi şəraitində keçən yarışda 6,5 xal toplayan "sport24.az" saytının baş redaktoru Ceyhun Əliyev birinci olub. AZƏRTAC-ın əməkdaşı Ramiz Quliyev 6 xalla yarışı ikinci, "milli.az" saytının redaktoru Zaur Həsənəliyev isə 5,5 xalla üçüncü pillədə başa vurublar. 
İlk üç pilləni tutan media nümayəndələrinə, müvafiq olaraq 500, 400, 300 manat pul mükafatı, bütün iştirakçılara isə xatirə hədiyyələri təqdim olunub. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO