Kürdəmirdə şəhid bulağının açılşı oldu – FOTO

Kürdəmirdə şəhid bulağının açılşı oldu – FOTO

Hazırda oxunan: Kürdəmirdə şəhid bulağının açılşı oldu – FOTO

110895

Kürdəmirdə şəhid Möhübbət Əzimovun xatirəsinə  inşa olunmuş ehsan bulaq kompleksinin açılşı olub.

Bizim.Media xəbər verir ki, açılış mərasimində Kürdəmir rayon icra hakimiyyətinin əməkdaşları, içtimaiyyət nümayəndələri, şəhid ailələri və məktəblilər iştirak ediblər. 

Bulaq açılışı şəhidin bir vaxtlar təhsil aldığı və hazırda onun adını daşıyan Atakişilli kənd orta məktəbinin qarşısında inşa olunub.

Tədbirdə məktəb rəhbərliyi, məktəbin müəllim-şagird kollektivi və şəhidin ailə üzvləri iştirak ediblər.

Açılış mərasimində əvvəlcə Azərbaycanın dövlət himni səsləndirilib, sonra  şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə çıxış edənlər şəhidin keçdiyi qəhrəmanlıq yolundan, göstərdiyi igidliklərdən söhbət açıblar.

Şəhidin anası Gülnaz Əzimova çıxış edərək oğluna göstərilən bu diqqət və qayğıya görə və hər il onun anım gününü təşkil etdiklərinə görə Atakişili kənd tam orta məktəbin  kollektivinə öz minnətdarlığını bildirib.

Şagirdlərin ifasında vətənpərvərlik mövzusunda şerlər və kompozisiyalar səsləndirilib.

Şəhidə bir vaxtlar dərs demiş müəllimlər  çıxışlarında şəhid Möhübbət Əzimovun  uşaq vaxtlarından vətənpərvər olmasından və həmişə vətənin keşiyində durmağa hazır olduğundan söz açıblar.

Qeyd edək ki, şəhid Möhübbət Əzimov 1974-cü il avqust ayının 18–də Kürdəmir rayonunun Atakişilli kəndində anadan olub. 

O, 1994-cü ildə  Füzulinin Kərimbəyli kəndində gedən qızğın döyüşlərdə qəhrəmancasına həlak olub. Anasının sözlərinə görə, son dəfə onun ayağı zədələndiyinə görə 10 gün məzuniyyət verilsə də 6 gün qaldıqdan sonra yenidən hərbi xidmətə geri dönüb.

Ölümündən sonra onun bir vaxtlar təhsil aldığı Atakişilli kənd orta məkəbə onun adı verilib.

Şəhid Kürdəmir rayon şəhidlər xiyabanında torpağa tapşırlıb.

Möhübbət Əzimov ailənin ilk övladı olub və subay olub. Xalqımız torpaqlarımızın bütövlüyü uğrunda canını fəda edən vətən oğullarını heç vaxt unutmayacaq.

Allah rəhmət eləsin.

Aqil Əsədov, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO