BİZİM TƏQVİM: Sərnişin qatarları nə vaxtdan hərəkətə başlayıb, bilirsiz?

BİZİM TƏQVİM: Sərnişin qatarları nə vaxtdan hərəkətə başlayıb, bilirsiz?

Hazırda oxunan: BİZİM TƏQVİM: Sərnişin qatarları nə vaxtdan hərəkətə başlayıb, bilirsiz?

110894

22 dekabr 1829-cu ildə dünyada ilk sərnişin dəmir yolu xətti işə salınıb. Bu ABŞ-da Baltimor-Ohayo şəhərləri arasında çəkilən ilk sərnişin qatar yoludur.

Bəs, dekabrın 22-də dünyada daha hansı əlamətdar hadisələr baş verib?

1.Fransada 1894-cü ilin 22 dekabrında "Dreyfus məhkəməsi" başlayıb. Bu, yüzbaşı Alfred Dreyfusun haqsız yerə casusluqda ittiham edildiyi, həqiqətlərinsə 12 il sonra ortaya çıxması ilə hüquq tarixinə düşən bir məhkəmə idi. 

2.1914-cü ilin dekabrın 22-də Ənvər Paşanın komandanlığı altındakı Osmanlı ordusu Sarıqamış əməliyyatına başlayıb.

3. 22 dekabr 1932-ci ildə Mahatma Qandi həbsdən buraxılıb.

4. 1935-ci il dekabrın 22-də dünyada ilk dəfə olaraq uğurlu vertolyot uçuşu həyata keçirildi. Həmin vertolyot Fransa konstruktorları Lui Breqe və Rene Doranın layihəsi əsasında hazırlanmış “Jiroplan Laboratuar” helikopteri idi.  

5. 1942-ci ilin 22 dekabrında polkovnik-leytenant Həzi Aslanov birinci dəfə Sovet İttifaqı Qəhrəmanı adına layiq görülüb.

6. 22 dekabr 1963-cü ildə “Lakonia” sərnişin gəmisi Portuqaliya sahillərində yandı, 128 adam həyatını itirdi.

7. Sovet konstruktoru Sergey İlyuşinin rəhbərliyi ilə hazırlanmış “İl-86” aerobusunun ilk uçuşu 1976-cı ilin 22 dekabrında oldu. 350 sərnişin üçün nəzərdə tutulan bu nəhəng təyyarə Moskvanın mərkəzi aedromundan havaya qalxıb paytaxt səması üzərində dövrə vurduqdan sonra Moskva vilayətinin uçuş-sınaq bazasında yerə enib.

8. 22 dekabr 1979-cu ildə Türkiyənin Fransa üzrə Səfirliyinin Turizm və Tanıtma bölümünün müşaviri Yılmaz Çolpan ermənilərin ASALA terror təşkilatının üzvləri tərəfindən şəhid edildi.

9. Ermənilərin “1915-ci il hadisələri”lə bağlı sözdə soyqırım iddiaları Fransa paralmentində 2011-ci il 22 dekabrda qanun layihəsi kimi qəbul olundu.

10. 22 dekabr 2001-ci ildə Əfqanıstanda Həmid Kərzainin rəhbərliyi ilə müvəqqəti hökumət qurub. 

22 dekabrda həm də bu tarixi şəxsiyyətlər xatırlanır?

1.Dünya şöhrətli bəstəkar, daha çox "La Boheme" və "Turandat" operaları ilə tanınan Cakomo Puççini (Giacoma Puccini) 1858-ci ilin bu günü İtaliyanın Puççini şəhərində dünyaya gəlib.  Bəstəkar Milan konservatoriyasını bitirib. Yaradıcılığı əsasən opera janrı ilə sıx bağlı olub. Cakomo Puççininin “Manon Lesko”, “Bohema”, “Toska”, “Madam Batterflay” operaları dünya teatrlarının səhnəsində hələ də oynanılmaqdadır. (1858-1924)

2.  Tanınmış azərbaycanlı geoloq, professor Əli Əmiraslanov 1900-cü il 22 dekabrda Qubadlıda anadan olub. Moskva Mədən Akademiyasını bitirib.  Geologiya sahəsinə dair bir sıra elmi əsərlərin müəllifi olan Əli Əmiraslanov İran, Polşa, Macarıstan, Rumıniya, Çin və İsveçin də əlvan metal yataqlarının tədqiqi ilə məşğul olub. (1900-1962)   

3.Azərbaycan jurnalistikasının korifeylərindən biri, görkəmli naşir Nəsir İmamquliyev 22 dekabr 1911-ci ildə anadan olub. O bir sıra elmi əsərlərin, o cümlədən “Jurnalistikanın əsasları” kitabının müəllifididir. Uzun illər “Baku” və “Bakı” axşam qəzatlərinin radaktoru olub. Ömrünün son illərində isə pedaqoji fəaliyyətlə məşğul olub.
4.  Azərbaycanlı əfsanəvi qəhrəman, partizan, Sovet İttifaqı Qəhrəmanı Mehdi Hüseynzadə 1918-ci ilin bu günü Bakıda dünyaya gəlib.  18 yaşında (1936) Bakı Rəssamlıq Məktəbini bitirən Mehdi sonra Sankt-Peterburq (Leninqrad) Xarici Dillər İnstitutunda təhsil alıb.   1941-ci ildə çağırıldığı hərbi xidmət zamanı Tbilisidə piyada hərbi məktəbini qurtarıb.  İkinci Dünya Müharibəsi zamanı - 1942-ci ildə Stalininqrad ətrafında döyüşlərdə iştirak edib, ağır yaralanaraq əsir düşüb. Faşistlərin Ukrayna, Polşa, İtaliya və Yuqoslaviya hərbi əsir düşərgələrində olub. Yuqoslaviyada əsirlərin hərbi düşərgədən qaçmasında mühüm rol oynayıb.
"Mixaylo" adı və cəsarətilə böyük şöhrət qazanıb. Həmin ilin payızında onun başçılığı ilə İtaliyanın Udine şəhərindəki həbsxanadan 700 hərbi əsir azad edilib

Mehdi Hüseynzadə 1944-cü ilin noyabrında növbəti tapşırığı yerinə yetirərkən faşistlərlə qeyri-bərabər döyüşdə əsir düşməmək üçün son güllə ilə özünü vurub. Azərbaycanda Mehdi Hüseynzadə haqqında "Uzaq sahillərdə" bədi filmi çəkilib. (1918-1944)
4. Azərbaycan yazıçısı və kino-ssenari müəllifi Həsən Seyidbəyli 1920-ci ilin 22 dekabrında Bakıda anadan olub.   Moskva Kino İnstitutunun rejissorluq fakültəsini bitirən Həsən uzun müddət “Azərbaycanfilm” kinostudiyasında rejissor işləyib, Azərbaycan Kinematoqrafiya İdarəsinin sədri seçilib.   20-dən çox kitabın müəllifi, o cümlədən “Kənd həkimi”, “Telefonçu qız”, “Cəbhədən cəbhəyə”, “İllər keçir”, İmran Qasımovla ortaq yazdığı “Uzaq sahillərdə” kitablarının müəllifi olan Həsən Seyidbəyli “Telefonçu qız”, “Uzaq sahillərdə”, “Nəsimi” və bu kimi yaddaqalan və bu gün də sevilə-sevilə baxılan filmlərin rejissorudur. (1920-1980)

5. Azərbaycan Prezidenti yanındaTəhlükəsizlik Şurasının katibi, general-polkovnik Ramil Usubov da məhz bu gün dünyaya göz açıb. O 22 dekabr 1948-ci ildə Xocalıda anadan olub.

6. “Fənərbaxça” komandası və Türkiyə futbolunun əfsanəvi adı Lefter Küçükandonyadis 1925-ci ilin bu günü İstanbul Büyük adada dünyaya gəldi. (1925 - 2012)

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO