Hazırda hava şəraitinin soyuq olmasına baxmayaraq, Qarabağda faydalı yataqların qanunsuz istismarı əleyhinə Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası davam edir. Sərt hava şəraiti nəzərə alınaraq, aksiya iştirakçılarına ictimaiyyətdən müxtəlif dəstək göstərilir. Belə ki, bu gün “Regional İnkişaf” İctimai Birliyinin könüllüləri ictimai dəstək nəticəsində toplanmış papaq, əlcək, şərf və digər isti geyimləri aksiya iştirakçılarına paylayıblar.
Bizim.Media report.az-a istinadən xəbər verir ki, qarşıdakı günlərdə də aksiya iştirakçıları müvafiq isti geyimlərlə təmin olunacaq.
Hazırda aksiya iştirakçıları “Azərbaycan oyaqdır, sərvətinə dayaqdır!”, “Azərbaycan vahiddir, sərvətinə sahibdir!”, “Ekoloji cinayətə son!”, “Stop ekoterror!” şüarlarını səsləndirirlər.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
17:30 / 21.12.2022
Xankəndi-Laçın yolunda aksiya iştirakçılarına isti geyimlər paylanıldı
Hazırda oxunan: Xankəndi-Laçın yolunda aksiya iştirakçılarına isti geyimlər paylanıldı
Hazırda oxunan: Xankəndi-Laçın yolunda aksiya iştirakçılarına isti geyimlər paylanıldı
110892
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.