Gömrük buraxılış məntəqələrində prosesi ləngidən SƏBƏB bəlli oldu – Ekspertin AÇIQLAMASI

Gömrük buraxılış məntəqələrində prosesi ləngidən SƏBƏB bəlli oldu – Ekspertin AÇIQLAMASI

Hazırda oxunan: Gömrük buraxılış məntəqələrində prosesi ləngidən SƏBƏB bəlli oldu – Ekspertin AÇIQLAMASI

110878

“Buraxılış məntəqələrində prosesləri ləngidən ciddi bir məsələ hələ də öz həllini tapmayıb. Uzun illərdir ki, bizim gömrük postlarında bir deyil, iki pəncərə mövcuddur”

Bizim.Media xəbər verir ki, bunu bunu Azərbaycan İnternet Forumunun Prezidenti, informasiya texnologiyaları üzrə ekspert Osman Gündüz deyib.

O bildirib ki,  məntəqədə gömrük rəsmiləşdirmələri, Prezident fərmanında qeyd olunduğu kimi "bir pəncərə" prinsipi ilə deyil, "iki pəncərə" prinsipi ilə aparılır: 

“İkinci pəncərə isə Dövlət Sərhəd Xidmətinə aiddir. Gömrüyün vahid pəncərəsində aparılan bütün əməliyyatlar (avtomobil məlumatları, vətəndaşa aid məlumatlar və s.), təkrarən Sərhəd xidmətçiləri tərəfindən onların "pəncərəsində" də aparılır. Hansı ki, beynəlxalq normalara görə də bu belə olmalı deyil”.

Osman Gündüz qeyd edib ki, əvvəlki rəhbərliyin bu məsələni həll etməyə gücü çatmayıb: 

“Əvvəllər DSX-də rəqəmsal mühit, transformasiya işləri də çox zəif inkişaf etmiş vəziyyətdə olub. Dataların inteqrasiyası olmadığından proses olduqca ləng həyata keçirilirdi. DGK və DSX rəhbərləri, generallar tez-tez gömrük postlarında görüşüb müzakirələr aparırdılar. Lakin əvvəlki rəhbərliyin bu problemi həll etməyə, sadəcə gücü çatmadı”.

“Əlbəttə, düşünmək olar ki, bu məsələ iki qurumun generallarının bir yerə toplaşması ilə də həll olunan məsələ deyil. Amma görünən də odur ki, DSX və DGK tərəfindən aparılan eynigüclü paralel əməliyyatlar sənədləşmə və sərhəddən keçid müddətini ikiqat artırır. Bu isə əlavə problemlər və narazılıqlar yaradır. Ümid edirəm DGK rəhbəri Şahin Bağırov bu sektorda aparılan islahatlar və idarəetmənin təkmilləşdirilməsi işləri çərçivəsində bu problemin də həllinə nail ola biləcək”, - deyə o bildirib.

Aləmdə Nəsib. Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO