Bu gün səhər Füzuli rayonu, Fin şəhərciyi yaxınlığında ağır yol qəzası baş verib.
Bizim.Media-nın məlumatına görə, 1984-cü il təvəllüdlü Araz Fazil oğlu Nəzərovun idarə etdiyi “Mercedes” markalı avtomobili aşıb.
Qəza nəticəsində sürücü və sərnişini - 1989-cu il təvəllüdlü İlkin İmdadlı hadisə yerində həyatlarını itiriblər.
Qəzaya səbəb olaraq pis hava şəraitinin olduğu bildirilir.
A.Nəzərov Azərbaycan ordusunun mayoru, İlkin İmdadlı isə baş leytenantdır.
İ.İmdatlı Beyləqan, A.Nazarov isə Goranboy rayonundandır.
Qeyd edək ki, hər iki zabit Vətən Müharibəsində iştirak ediblər və bir sıra medallarla təltif olunublar.
Aytəkin Alxaslı, Bizim.Media