Bu gecə Böyük Çillə başlayır

Bu gecə Böyük Çillə başlayır

Hazırda oxunan: Bu gecə Böyük Çillə başlayır

110781

Bu gün böyük Türk dünyasının Qara Tun (Qara Gün - Yelda gecəsi) bayramıdır və bu, ilin ən uzun gecəsi olacaq. Qədim türklərin təqviminə əsasən bu gecə Böyük Çillə başlayır.  

Böyük çillə 40 gün, Kiçik çillə 20 gün davam edir. Bundan sonra 30 günlük Boz ay gəlir. Böyük çillə dekabr ayının 21-dən 22-nə keçən gecə başlayır, fevral ayının 1-2-si bitir.

Azərbaycan Milli Elmlər Akademiyasının Nəsirəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının məlumatına əsasən, Azərbaycana qış fəsli dekabrın 22-i saat 01:48-də daxil olacaq.  

Bu zaman Yerin fırlanma oxu Günəş istiqaməti ilə ən böyük bucaq əmələ gətirir və ya Günəş həmin gün üfüqdən minimum hündürlükdə (26⁰.2) olur. Həmin gün ən qısa gündüz və ən uzun gecə olur. Gündüzün uzunluğu 9 saat 17 dəq 22 san, gecənin uzunluğu isə 14 saat 42 dəq 38 san olacaq.  
Türklər bu münasibətlə ən uzun gecənin şərəfinə Şam ağacını bəzəyər, müxtəlif ayinlər icra etməklə arzular tutardılar. Ağacın üstündə gələn əkin ili üçün bolluq olsun deyə, müxtəlif meyvə, tərəvəz və bitkilər də asılardı.  

Onu da qeyd edək ki, QARA sözü türk dilində həm də böyük, daha uzun mənasını da daşıyır. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO