20 dekabr 2022-ci il tarixdə Azərbaycan Respublikası Audiovizual Şurasının iclası keçirilib.
Bizim.Media xəbər verir ki, bu barədə Şuranın məlumatında qeyd edilib.
Bildirilib ki, iclasda platforma yayımçısı lisenziyasının alınması məqsədilə “Təhsil TV” MMC tərəfindən Şuraya daxil olmuş müraciətə baxılıb.
Müzakirələrdən sonra “Təhsil TV” MMC-yə (televiziya redaksiyasının adı: “Təhsil TV”) peyk yayımı həyata keçirməyən platforma yayımçısı lisenziyasının verilməsi barədə qərar qəbul edilib.
İclasda, həmçinin, ümumölkə yerüstü radio yayımçısı olan “NHR” MMC-nin “Yurd FM” radio redaksiyasının proqramlarının yayım zonasının genişləndirilməsi məqsədilə Daşkəsən rayonu ərazisində yerləşən “Daşkəsən” RTYS-dan 96,9 MHs, Lerik rayonu ərazisində yerləşən “Lerik” RTYS-dan 94,7 MHs, Astara rayonu ərazisində yerləşən “Astara” RTYS-dan 97,5 MHs radiotezliklərinin “NHR” MMC-nin istifadəsinə verilməsi barədə qərar qəbul olunub.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
19:49 / 20.12.2022
Bu televiziya kanalına platforma yayımçısı lisenziyası verildi - “Yurd FM” isə…
Hazırda oxunan: Bu televiziya kanalına platforma yayımçısı lisenziyası verildi - “Yurd FM” isə…
Hazırda oxunan: Bu televiziya kanalına platforma yayımçısı lisenziyası verildi - “Yurd FM” isə…
110697
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.