ADNSU-da

ADNSU-da "Qarabağ Mətbəxi" adlı layihə keçirilib

Hazırda oxunan: ADNSU-da "Qarabağ Mətbəxi" adlı layihə keçirilib

110669
Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə Azərbaycan Tələbə Gənclər Təşkilatları İtifaqınının Qarabağ Mərkəzininin təşkilatı dəstəyi ilə Azərbaycan Dövlət Neft və Sənaye Universitetində " Qarabağ Mətbəxi " adlı layihə keçirilib.

Noyabrın 28-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) yeməkxanasında, xanəndə Cabbar Qaryağdıoğlunun müğam ifasının sədaları altında tələbələrin hazırladığı Qarabağ yeməkləri təqdim olunub.

Yarışmada müxtəlif çeşidli plovlar, dolmalar, qovurma, dovğa, basdırma və sair yeməklər süfrəyə düzülüb. Münsiflər hər bir yarışmaçının hazırladığı yeməklərdən dadaraq öz qiymətlərini veriblər. Layihə rəhbəri İsmayılova Zabitəxanım və layhənin baş koordinatoru Kamran Sabirli belə bir layihənin həyata keçirilməsinin məqsədi barədə iştirkçılara məlumat verərək, sözü yarışı izləyən Tərbiyə işləri üzrə prorektor Zəfər Qurbanova veib. Z.Qurbanov belə layihələrin əhəmiyyətli olduğunu vurğulayaraq, bunun gənclərin mənəvi keyfiyyətlərinin inkişafında mühüm rola malik olduğunu qeyd edib. Prorektor gələcəkdə də belə layihələrin daha da inkişaf etdirilməsinə yüksək dəstək veriləcəyini bildirib.
Qeyd edək ki, Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin Kimya Texnologiyaları fakültəsinin (KTF) II kurs tələbəsi Zabitəxanım İsmayılova Prezident Yanında Gənclər Fondunun 7-ci qrant müsabiqəsinin qalibi olub və “Qarabağ mətbəxi”x9d mövzusunda təqdim etdiyi layihəni qazanıb. Layihənin məqsədi Azərbaycanın mətbəx mədəniyyətini saxtalaşdıraraq öz adlarına çıxan bədnam qonşuların məkrli niyyətlərini ifşa etmək, qida mədəniyyətimizin təbliği və Qarabağ yeməklərinin başqa adlarda dünyaya təqdim olunmasının qarşısını almaqdan ibarətdir. Layihə üç mərhələdən ibarət olacaqdır. 28 noyabr layihənin ikinci mərhələsi keçirlmişdir. xa0Üçüncü mərhələdə isə yarışmaçıların mükafatlandırılması və Qarabağ Mətbəxi adı altında çap olunan kitabın təqdimatı mərasimi dayanır.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO