Bakı Şəhər Təhsil İdarəsinin tabeliyindəki təhsil müəssisələrinin sayı AÇIQLANDI   

Bakı Şəhər Təhsil İdarəsinin tabeliyindəki təhsil müəssisələrinin sayı AÇIQLANDI   

Hazırda oxunan: Bakı Şəhər Təhsil İdarəsinin tabeliyindəki təhsil müəssisələrinin sayı AÇIQLANDI   

110631

Bakı Şəhər Təhsil İdarəsinin (BŞTİ) tabeliyində olan təhsil müəssisələrinin sayı açıqlanıb. 

Bu barədə Bizim.Media-ya Bakı Şəhər Təhsil İdarəsinin mətbuat katibi Bəşarət Məmmədov bildirib.

Onun sözlərinə görə BŞTİ-nin tabeliyində 310 ümumi təhsil məktəbi, 3 xüsusi ümumi orta məktəb və 5 əyani-qiyabi axşam məktəbi olmaqla, cəmi 318 məktəb, 331 məktəbəqədər təhsil müəssisəsi fəaliyyət göstərir. 
Qurumun tabeliyindəki məktəblərdə 483 223 şagirdin təlim-tərbiyəsi ilə 28 437 müəllim məşğul olur.   

BŞTİ-nin tabeliyindəki ümumi təhsil müəssisələrinin I siniflərində 45 245, IX siniflərində 40 023, XI siniflərində 26 438, XII siniflərində isə (əyani-qiyabi tam orta məktəb və qiyabi sinifləri) 144 nəfər şagird təhsil alır. 

Alçina Amilqızı, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO