Ölkədə zorakılıq hallarının əsas motivləri nədir?

Ölkədə zorakılıq hallarının əsas motivləri nədir?

Hazırda oxunan: Ölkədə zorakılıq hallarının əsas motivləri nədir?

110577

“Ötən il ərzində dövlət komitəsinə daxil olan müraciətlərə əsasən deyə bilərik ki, ölkə ərazisində zorakılığın ən geniş yayılmış növü məişət zorakılığı olaraq qalıb”.

Bizim.Media xəbər verir ki, bu fikirləri Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova gender bərabərliyinin təmin edilməsi ilə bağlı illik hesabatı parlamentə təqdim edərkən bildirib.

“2021-ci ildə 2197 qadına qarşı zorakılıq halları aşkar edilib. Bunlardan 20 faiz qısqanclıq və digər ailə məişət problemləri ilə əlaqəli olub. Məişət zorakılığının qarşısını almaq üçün hüquq-mühafizə orqanları ilə birgə işlər aparılıb. 2021-ci ildə ölkəmizdə məişət zorakılığı ilə bağlı 10600 hüquqazidd əməlin qarşısı alınıb”, - deyə Komitə sədri əlavə edib.

Murad Əhmədov, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO