"Zorakılığa məruz qalanlar üçün 10 mərkəz istifadəyə veriləcək" - Sədaqət Qəhrəmanova  

Hazırda oxunan: "Zorakılığa məruz qalanlar üçün 10 mərkəz istifadəyə veriləcək" - Sədaqət Qəhrəmanova  

110497

"Artıq Ağdam rayonunda zorakılığa məruz qalanlar üçün ailə mərkəzlərindən birinin inşasına başlanılıb".

Bizim.Media xəbər verir ki, bunu qısametrajlı filmin nümayişi və zorakılığa məruz qalan uşaqlar üçün sığınacaq layihəsinin təqdimatında Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Sədaqət Qəhrəmanova deyib:  

"Zorakılğıa məruz qalan insanlara yardım etmək üçün sığınacaqlara böyük ehtiyac var. Bizi ən çox narahat edən, əziyyət çəkdiyimiz məsələ zorakılığa məruz qalan insanların harasa yerləşdirilməsi, onların reabilitasiyasıdır. Bu istiqamətdə dövlət səviyyəsində, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən 5 regional sığınacağın tikintisinə razılıq verilib.
İlk sığınacaq Cənub zonasında tikiləcək. Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin müəyyən layihələri çərçivəsində 5 ailə mərkəzinin tikintisi gözlənilir. Artıq Ağdam rayonunda bu mərkəzlərdən birinin inşasına başlanılıb. Hesab edirəm ki, bu 10 mərkəz yaranması ölkəmizdə zorakılğın qarşısının alınmasında böyük töhfə verəcək". 

Aləmdə Nəsib, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO