FHN Akademiyasının kursantı Respublika Kubokunun qalibi oldu - FOTO 

FHN Akademiyasının kursantı Respublika Kubokunun qalibi oldu - FOTO 

Hazırda oxunan: FHN Akademiyasının kursantı Respublika Kubokunun qalibi oldu - FOTO 

110486

Bakı İdman Sarayında kikboksinq üzrə yeniyetmə, gənclər və böyüklər arasında Azərbaycan Kuboku yarışı keçirilib. 

Bizim.Media xəbər verir ki, bu barədə məlumat  Fövqəladə Hallar Nazirliyinin saytında yer alıb. 

Məlumata görə, yarış 2023-cü il üçün milli komandaların heyətini müəyyənləşdirmək üçün təşkil olunub. 

Yarışda Fövqəladə Hallar Nazirliyi Akademiyasının “Yanğın təhülkəsizliyi” fakültəsinin IV kurs kursantı İlqar Zeynallı da öz gücünü sınayıb. 81 kq çəki dərəcəsində “ful kontakt” növü üzrə mübarizə aparan İlqar Zeynallı Azərbaycan Kuboku yarışının qalibi olub. 
Qalib idmançı ilə görüşən FHN Akademiyasının rəisi general-mayor Baba Salayev idmançı-kursantı təbrik edib, ona gələcək yarışlarda uğurlar arzulayıb. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO