Qəbələdə ağır qəza: 1 ölü, 1 yaralı var - FOTO

Qəbələdə ağır qəza: 1 ölü, 1 yaralı var - FOTO

Hazırda oxunan: Qəbələdə ağır qəza: 1 ölü, 1 yaralı var - FOTO

110462

Günorta saatlarında Qəbələnin Nic qəsəbəsində iki avtomobilin toqquşması nəticəsində  ağır yol nəqliyyat hadisəsi baş verib. 

Hadisə şahidlərinin Bizim.Media-ya verdiyi məlumata əsasən, rayonun Abdallı kənd sakini, 22 yaşlı Anar Xasməmmədovun idarə etdiyi avtomobillə digər bir avtomobil toqquşub. İkinci avtomobilin sürücüsünün şəxsiyyəti dəqiqləşdirilir. 

Qəza nəticəsində Anar Xasməmmədov aldığı ağır bədən xəsarətlərindən hadisə yerindəcə ölüb. Digər sürücü isə ağır vəziyyətdə Qəbələ rayon mərkəzi xəstəxanasına çatdırılıb.  
Xəstəxanadan verilən məlumata əsasən yol qəzasında xəsarət alan sürücünün vəziyyəti ağır olaraq qalır. 

Faktla bağlı araşdırmalar başlanıb.

Tural Rasimoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO