İnsanların xarakter fərqləri hələ uşaq yaşlarından özünü büruzə verməyə başlayır. Əksərən eyni valideynlər tərəfindən, oxşar formada yetişdirilən qardaş və bacılar belə bir-birindən yerlə göy qədər fərqli ola bilirlər.
Buna təsir edən ən önəmli faktorlardan biri də onların hansı bürc altında doğulmasıdır. Belə ki, bəzi bürclərin nümayəndələri uşaqlıq illərində olduqca dəcəl olurlar.
Bizim.Media dəcəl uşaqlıq keçirən bürclərin siyahısını təqdim edir.
Qoç
Balaca qoçlar istədiyini etmək məsələsində olduqca inadkardırlar. Bir şeyi əldə etmək üçün sona qədər mübarizə aparır, həmyaşıdları ilə mübarizədən çəkinmirlər. Belə olan halda dava-dalaşa da meyilli olurlar. Amma istədiklərini aldıqları anda həmin şeyə qarşı maraqları itir və başqa hədəfin arxasıyca qaçmağa başlayırlar. Onları dəcəl kimi təsnifləşdirməyimizə əsas verən bir digər faktor da, azadlıqlarının məhdudlaşdırılmasına qarşı çıxmalarıdır. Qoç uşaqları ev tapşırıqlarını yerinə yetirmək yerinə, daim dostları ilə oyun oynamağı istəyirlər.
Əkizlər
Əkizlər uşağı olduqca hərəkətli olur, bir yerdə dayanmır, daim oyun oynamaq istəyirlər. Hər şeylə maraqlanırlar. Gördükləri hər şeyi valideynlərinə, dostlarına danışmağı sevirlər. Səs-küy salıb, həyacanla hisslərini ifadə edirlər. Onları böyüdərkən qarşınıza çıxacaq çətinliklərə hazır olmalısınız. Çünki bir yerdə dayana bilməməkləri qarşınıza çoxsaylı problemlər çıxaracaq.
Şir
Bu bürclər uşaq vaxtlarında diqqət çəkmək üçün hər şeyi edirlər. Bəzən onlar valideynlərinin marağını cəlb etmək üçün özlərini yaralaya, yaxud xəstə kimi davrana bilirlər. Əgər valideynləri və ya dostları onlara istədikləri diqqəti ayırmasa hər cür dəcəllik edib, dava-dalaş da salırlar. Şirlər uşaqlıqdan lider olmaq istədikləri üçün digər uşaqlarla yaxşı yola gedə bilmirlər. Ona görə də valideynlər şirlərə hələ uşaq vaxtından eqolarına sahib çıxmağı öyrətməlidirlər. Əgər şirə uşaqlıqdan hər istədiyini versəniz, sonra onların istəkləri qarşısında dayana bilməyəcəksiz.
Oxatan
Onlar son dərəcə sevimli və əyləncəli olurlar. Amma bir yerdə dayanmır, daim evdən kənarda olmaq istəyirlər. Oxatanlar hətta valideynlərinin nəzarəti altında gəzməyi, yeni yerlər kəşf etməyi də qəbul etmirlər. Ona görə də hər zaman nəzarətdən uzaq, özbaşlarına bir yerə qaçıb gedə bilərlər. Oxatan uşaqlarını bir an belə diqqətdən kənar qoymaq olmaz.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
07:45 / 20.12.2022
Bu bürclərin uşaqları daha dəcəl olur – SIRALAMA
Hazırda oxunan: Bu bürclərin uşaqları daha dəcəl olur – SIRALAMA
Hazırda oxunan: Bu bürclərin uşaqları daha dəcəl olur – SIRALAMA
110452
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.