Şəhidin məzarı başında anım günü keçirildi - FOTO

Şəhidin məzarı başında anım günü keçirildi - FOTO

Hazırda oxunan: Şəhidin məzarı başında anım günü keçirildi - FOTO

110450

Oğuz rayon Padar kənd kitabxana və klub müəssisələri birgə Birinci Qarabağ müharibəsi şəhidi Arzu Əliyevin anım günü ilə əlaqədar Padar kəndində, şəhid məzarları önündə "Arzunun arzuları və şərəfli ölüm" adlı ədəbi-bədii kompozisiya təqdim edib. 

Oğuz rayon Mədəniyyət sektorundan Bizim.Media-nın yerli bürosuna verilən məlumata əsasən tədbir iştirakçıları əvvəlcə şəhidlərin əziz xatirəsini bir dəqiqəlik sükutla yad edib, dualar oxuyub. 

Daha sonra şəhadətə ucalan şəhid Arzu Əliyev haqqında məlumat verilib.  

Bildirilib ki, Arzu Əliyev 1963 - cü ildə Oğuz rayonunun Padar kəndində fəhlə ailəsində anadan olub. Padar kənd tam orta məktəbini bitirdikdən sonra Mərdəkandakı polis məktəbinə daxil olub. O, təhsilini başa vurduqdan sonra Bakı və Sumqayıt şəhərlərində milis şöbələrində çalışıb. Sonra Oğuz və Şəki rayonlarında milis şöbələrinə ezam olunub.

Arzu Əliyev Qarabağda erməni terrorçularına qarşı döyüşmək üçün ilk müraciət edənlərdən biridir. 1990-cı ilin dekabr ayında Arzu Əliyev Şəki Daxili İşlər şöbəsindən Əsgəran rayonunun Cəmilli kəndinə göndərilir. Məqsəd bir qrup milis əməkdaşı ilə kənd sakinlərinin təhlükəsizliyini təmin etmək idi. 
Növbəti tapşırıqlardan biri zamanı Cəmilli kəndindən Şuşanın Kosalar kəndinə doğru hərəkət edərkən yolun İstisu deyilən ərazisində pusquda duran ermənilər Arzu və onun digər milis yoldaşlarını qəfil atəşə tutur.  Arzugil 7 nəfər olublar. Döyüş yoldaşlarından biri, qrupun komandiri əfsanəvi qəhrəman Əhmədiyyə Cəbrayılovun oğlu Mikayıl Cəbrayılov idi.

Ermənilərin qurduğu xain pusqu zamanı Arzu ilə yanaşı Mikayıl da qəhrəmancasına şəhidlik zirvəsinə yüksəlir

Şəhid Arzu Əliyev Padar kəndində dəfn olunub. Sonda oxucular və dərnək üzvləri şəhidlər haqqında şeirlər və bayatılar söyləyib. 

Tural Rasim oğlu, Bizim.Media, Şimal-Qərb bürosu





© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO