Ən çox qəza törədən AVTOMOBİLLƏR - Yük maşınları üçün YENİ QAYDALAR... 

Ən çox qəza törədən AVTOMOBİLLƏR - Yük maşınları üçün YENİ QAYDALAR... 

Hazırda oxunan: Ən çox qəza törədən AVTOMOBİLLƏR - Yük maşınları üçün YENİ QAYDALAR... 

110434

Yük maşınlarının törətdiyi qəzaların sayı artmaqda davam edir. Belə nəqliyyat hadisələrində həyatını itirənlər də az deyil. Bu günlərdə Bakı-Qazax yolunda baş vermiş qəza nəticəsində 6 nəfər həyatını itirib. Bakı-Quba yolunda baş vermiş daha bir qəzada iki nəfər xəsarət alıb. Ələt-Astara yolundakı qəzada isə ağır tonajlı yük maşını sərnişin mikroavtobusu ilə toqquşub.

Nəticədə bir neçə nəfər ciddi xəsarət alıb. Bəs yük maşınlarının törətdiyi qəzaların sayı niyə artır, bunun səbəbləri nədir? 

Bizim.Media-nın mövzu ilə bağlı suallarını cavablandıran nəqliyyat eksperti Yasin Mustafayev bildirib ki, yük maşınları ilə bağlı baş verən qəzalarda əsasən sürət həddi yox, texniki nasazlıq və ya sürücünün yorğunluğu səbəb kimi özünü daha qabarıq şəkildə göstərir: 

“Birləşmiş Millətlər Təşkilatının açıqlamasına görə, il ərzində dünyada 1.5 milyon insan qəzada həlak olur, 50 milyona yaxın insan isə müxtəlif dərəcəli xəsarət alır. Ölkəmizdə də bu cür qəzalarla bağlı statistika acınacaqlıdır. Yol qəzalarında ölüm halları ən çox yük avtomobillərinin toqquşması ilə baş verən qəzalarda olur. Burada yük avtomobillərinin ağırlıq faktoru ciddi rol oynayır. Bu cür halların azalmaması da, təbii ki, ciddi narahatlıq doğurur. Buna görə baş verən qəzaları yenidən nəzərdən keçirmək, səbəbləri araşdırmaq müəyyən qədər qarşısını almaqda kömək olar”. 

Mütəxəssis təhlükəsizliyə önəm verən xarici şirkətlərin təcrübəsindən nümunə gətirib: 

“Həmin şirkətlərdə avtomobillərə hər gün vizual texniki baxış keçirilir. Həftədə bir neçə gün sürücülərlə ayıqlıq testi aparılır və onlara sükan arxasında iki saatdan artıq olmağa icazə verilmir”. 

Yasin Musatafayev qeyd edib ki, ağır yük maşınları üçün ildə bir dəfə texniki baxış keçirilməsi azdır: 

“Ağır yük maşınları ən azı həftədə bir dəfə avtomobil parkında vizual texniki baxışdan keçirmək lazımdır. Bu avtomobillər ağır yüklərlə hər gün yüzlərlə kilometr məsafə qeyd edirlər. Bu halda isə texniki nasazlıqdan qəzaların baş verməsi qaçılmaz olur. Hesab edirəm ki, qeyd etdiyimiz məqamlar nəzərə alınmaqla biz bu qəzaların sayını azalda bilərik”.

Aləmdə Nəsib, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO