“Məni anamın yanında dəfn edərsiz”x9d  - 22 yaşlı Turalın son mesajı

“Məni anamın yanında dəfn edərsiz”x9d - 22 yaşlı Turalın son mesajı

Hazırda oxunan: “Məni anamın yanında dəfn edərsiz”x9d - 22 yaşlı Turalın son mesajı

110356

“Onun sağ qayıdacağına inanırıq. Oğlum ölə bilməz. O hələ yaşamalı, ailə qurmalıdır. Biz bu arzu ilə yaşayırıq. Ölüm Turala yaraşmaz”x9d

“Qafqazinfo”x9d xəbər verir ki, bunu azvision.az-a “Günəşli”x9d yatağında baş vermiş dəhşətli faciə zamanı itkin düşmüş 22 yaşlı neftçi Tural Babazadənin atası Fətəli Babazadə deyib.

İtkin düşən gənc neftçinin Zabrat qəsəbəsində yerləşən evinə baş çəkən jurnalistə Fətəli Babazadə oğlunun yolunu gözlədiyini deyib.

“Bir ata üçün bundan böyük dərd ola bilməz. Çarəsiz qalmışıq, bilmirik nə edək.xa0Gözümüzü televizordan çəkmirik ki, Turaldan xəbər olacaq. Ümidimizi üzmürük.xa0İnşallah oğlum da digər nefçi dostları ilə birlikdə sağ-salamat tapılacaq və evimizə gələcək. Turalın yolunu gözləyirik. O, çox yaxşı övladdır, 22 yaşı olsa da zəhmətkeş oğul olub”x9d.

Daha sonra Turalın əmisi ilə həmsöhbət olduq: “Bizim heç bir məlumatımız yoxdur. Xəbər gözləyirik. Tural üçün rayondan gəlmişik. Hamımız onu sağ-salamat evində gözləyirik”x9d.

Əmisi oğlu: “Turalı çox istəyirəm. Onun qardaşı yoxdur. Amma biz onunla qardaş kimiyik. İnanıram ki, o məni tək qoymayacaq”x9d.

Qonşuları da Turalın yolunu gözləyirdilər: “Tural çox yaxşı oğlandır. Evin tək oğuludur. O, “Günəşli”x9ddə çox az müddət olardı, işləməyə başlamışdı. Çox gülərüzlü və mehriban oğlan idi. Tural ürəyiaçıq talış balasıdır. Onlar Zabrata yeni köçüblər. İnşallah sağ-salamat evinə qayıdır. Biz hər gün televizordan Turalın yaxşı xəbərini gözləyirik. O bizi, ailəsini belə tez tərk edib gedə bilməz”x9d.

Söhbətimiz zamanı məlum oldu ki, Tural çox gənc yaşlarından anasını itirib: “Turalın anası çox tez rəhmətə gedib. Onun doğma bacı-qardaşı yoxdur. Bacıları atasının ikinci evliliyindədir. Tural anasını unuda bilmirdi. Həmişə bizimlə söhbət edəndə anasından danışırdı. Tez-tez onun yanına gedəcəyini deyərdi. Hətta qəza baş verən axşam o, əmisi oğluna mesaj göndərib ki, artıq ölür. Yazıb ki, öləndən sonra onu anasının yanına basdırsınlar”x9d-deyə Turalın dostları vurğulayıb.

Onların sözlərinə görə, Tural dənizdəki işində ayrılacağını deyirmiş: ““Günəşli”x9ddə yeni işləməyə başlamışdı. Onunla sonuncu dəfə çayxanada söhbət edən zaman dedi ki, artıq dənizdə işləməkdən yorulub. Hətta sonuncu dəfə dənizə gedəcəyini bildirdi.xa0Amma qismət olmadı, o qayıda bilmədi. Deyirdi ki, dənizdən qayıdan kimi evlərinə yaxın bir iş tapıb işləyəcək. Tural üçün çox darıxırıq. Kaş, onun yaxşı xəbərini eşidirədik. Evlərinə də gedə bilmirik. Atasının bizi görüb pis olacağından narahatıq. Ona görə bu ocağı qalayıb. Ətrafına toplaşmışıq. Biz Turalı gözləyirik. İnşallah o bizim yanımıza qayıdacaq”x9d.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO