Azərbaycandakı diplomatik korpusun təmsilçiləri Zəngilanda

Azərbaycandakı diplomatik korpusun təmsilçiləri Zəngilanda

Hazırda oxunan: Azərbaycandakı diplomatik korpusun təmsilçiləri Zəngilanda

11030

Ermənistanın işğalından azad olunan ərazilərə səfər edən xarici səfirlər, hərbi attaşelər və beynəlxalq təşkilatların Azərbaycandakı nümayəndəliklərinin rəhbərləri Xudafərin körpüsünü ziyarət edəndən sonra Zəngilan rayonuna yola düşüblər.

Bizim.Media xəbər verir ki, diplomatlar hazırda Zəngilan şəhərindəki vəziyyətlə tanış olurlar.
 

MÖVZU İLƏ BAĞLI:

Xarici diplomatlar Xudafərin körpüsündə - FOTO


Onlara erməni işğalı nəticəsində şəhərin məruz qaldığı dağıntılarla bağlı məlumat verilib.

Diplomatları Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev, Birinci vitse-prezidentin köməkçisi Elçin Əmirbəyov və başqaları müşayiət edirlər.

Qeyd edək ki, diplomatlar səfər çərçivəsində Cocuq Mərcanlı kəndini, Cəbrayıl şəhərini və Xudafərin körpüsünü ziyarət ediblər.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO