Laçın yolundan sülhməramlıların daha bir təminat karvanı keçdi - FOTO/VİDEO

Laçın yolundan sülhməramlıların daha bir təminat karvanı keçdi - FOTO/VİDEO

Hazırda oxunan: Laçın yolundan sülhməramlıların daha bir təminat karvanı keçdi - FOTO/VİDEO

110243

Bu gün saat 11:30 radələrində azərbaycanlı fəalların etiraz etdiyi Laçın yolundan rus sülhməramlıların daha bir təminat karvanı keçib və Xankəndidən  Laçın  istiqamətinə hərəkət edib.

Bununla bağlı görüntüləri əraziyə ezam edilən Bizim.Media-nın əməkdaşı hazırlayıb. 

Humanitar məqsədli keçid zamanı heç bir xoşagəlməz hal qeydə alınmayıb. 

Videodan bir daha sübut edilir ki, Laçın yolunu azərbaycanlılar deyil, məhz sülhməramlılar bağlayıb və istədikləri vaxt hər iki tərəfə maşınlarını göndərirlər.

Yeri gəlmişkən, bu gün aksiyanın yeddinci günüdür. Ərazidə günəşli mülayim hava müşahidə olunur.

Qeyd edək ki, Şuşa ərazisində Rusiya sülhməramlılarının nəzarətində olan yolun bir hissəsində etiraz aksiyası azərbaycanlı aktivistlər və ekologiya üzrə qeyri-hökumət təşkilatlarının (QHT) üzvləri tərəfindən Qarabağ iqtisadi rayonunda ekoloji terrora son qoyulması tələbi ilə keçirilir.
Xatırladaq ki, 2022-ci il dekabrın 3-də və 7-də Rusiya sülhməramlı kontingentinin komandanlığı ilə aparılmış müzakirələrin nəticəsi olaraq İqtisadiyyat Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti və “AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin mütəxəssislərindən ibarət heyət Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərində faydalı qazıntı yataqlarının qanunsuz istismarı, bundan irəli gələn ekoloji və digər fəsadlarla bağlı ilkin monitorinq aparmalı idi. Lakin sülhməramlıların hərəkətsizliyi ucbatından monitorinq baş tutmayıb.

Elgün Gəncimsoy, Bizim.Media, Qarabağ bürosu
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO