“Dəniz Mall” Ticarət Mərkəzində Səhiyyə Nazirliyi və 1 nömrəli Bakı Tibb Kolleci tərəfindən "İlkin tibbi yardım" mövzusunda təlim təşkil olunub.
Bizim.Media xəbər verir ki, Ümumdünya Səhiyyə Təşkilatının ölkəmizdəki nümayəndəliyinin iştirakı ilə keçirilən maarifləndirici tədbirdə kollecin tələbələri tərəfindən asfiksiya və kliniki ölüm zamanı həkiməqədər ilk tibbi yardım üsulları nümayiş etdirilib.
Eyni zamanda, bədbəxt hadisələr zamanı zərərçəkən və xəsarət alan insanlara ilkin tibbi yardımın göstərilməsi bacarıqları (ürəyin qapalı masajı və süni tənəffüs) mulyajların üzərində nümayiş olunub.
Kampaniya çərçivəsində arzu edənlərin qan təzyiqi və qanda oksigen miqdarı (saturasiya) ölçülüb.
Maarifləndirici tədbir vətəndaşların böyük marağına səbəb olub.
Daha sonra 1 nömrəli Bakı Tibb Kollecin tələbələri və könüllülərin iştirakı ilə “İlk yardımı öyrən, həyat xilas et!” adlı fləşmob keçirilib.
Qeyd edək ki, maarifləndirici tədbir sabah da "Dəniz Mall" Ticarət Mərkəzində keçiriləcək. Həmçinin gələcəkdə paytaxtın digər məkanlarında da onun təşkil olunması nəzərdə tutulur.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
02:10 / 18.12.2022
Səhiyyə Nazirliyi ilkin tibbi yardım mövzusunda maarifləndirici tədbir KEÇİRDİ - FOTO
Hazırda oxunan: Səhiyyə Nazirliyi ilkin tibbi yardım mövzusunda maarifləndirici tədbir KEÇİRDİ - FOTO
Hazırda oxunan: Səhiyyə Nazirliyi ilkin tibbi yardım mövzusunda maarifləndirici tədbir KEÇİRDİ - FOTO
110216
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.