BİZİM TƏQVİM: Qətərdə mundialın final oyunu niyə bu günə salınıb?

BİZİM TƏQVİM: Qətərdə mundialın final oyunu niyə bu günə salınıb?

Hazırda oxunan: BİZİM TƏQVİM: Qətərdə mundialın final oyunu niyə bu günə salınıb?

110162

Bu gün Beynəlxalq Miqrantlar Günüdür. Dünyada miqrantlara xüsusi diqqət ayırmaq və onlara qayğı ilə yanaşmaq məqsədi ilə BMT-nin qərarı ilə hər ilin 18 dekabrı dünyada Miqrantlar Günü kimi qeyd edilir.

Bəs, 18 dekabrda daha hansı əlamətdar hadisələr baş verib?

1. 1412-ci ilin 18 dekabrında Qaraqoyunlu hökmdarı Qara Yusif Kür çayı sahilindəki döyüşdə Şirvanşah I İbrahim və onun müttəfiqlərini məğlub etmişdir.

2. 18 dekabr 1865-ci ildə vətəndaş müharibəsinin başa çatmasından sonra ABŞ-da quldarlığa rəsmi olaraq son qoyuldu. Köləliyə icazə verən bütün nizamlamalar federal qanunlardan çıxarıldı. 

3. 1787-ci ilin 18 dekabrında Nyu-Cersi ABŞ-ın üçüncü ştatı olur. 

4. 18 dekabr 1894 cü ildə Avstriada qadınlar ilk dəfə seçki hüququ əldə ediblər. 

5. 1903-cü ilin 18 dekabrında Panama kanalı daimi olaraq ABŞ-ın nəzarəti altına keçib.

6. 18 dekabr 1917-ci ildə Türkiyə və Sovet Rusiyası arasında Ərzincan müqaviləsi imzalanıb.

7. 1940-cı ilin 18 dekabrında Hitler SSRİ-yə hücum barədə "Barbaros planı"nı təsdiq edib.

8. Beynəlxalq Valyuta Fondu 1946-cı ilin məhz bu günündə fəaliyyətə başlayıb.

9. 18 dekabr 1953-cü ildə ilk rəngli televiziya yayımı həyata keçirilib.

10. 1970-ci ilin 18 dekabrında Katolik kilsəsinin müqavimətinə baxmayaraq, İtaliya hökuməti boşanmaya icazə verən qanunu qəbul edib.

11. 18 dekabr 1980-ci ildə SSRİ Nazirlər Sovetinin sədri Aleksey Kosığin vəfat edib.

12. 1997-ci ilin bu günündə Azərbaycan Respublikası Prezidenti Heydər Əliyev "1948-1953-cü illərdə azərbaycanlıların Ermənistan SSR ərazisindəki tarixi-etnik torpaqlarından kütləvi surətdə deportasiyası haqqında" fərman imzalayıb.

13. 18 dekabrd 1996-cı ildə Peruda Tupak Amaru partizanları paytaxt Limadakı Yapon Səfirliyinə basqın edib. 4 ay müddətində Səfirlikdəki 70 nəfəri girov götürən 14 silahlı Peru təhlükəsizlik qüvvələrinin əməliyyatı nəticəsində öldürülüb.

14. 18 dekabr Qətərdə Milli Gün kimi qeyd edilir. 

15. 18 dekabr Nigeriyada Respublika günü kimi qeyd olunur.

16. 18 dekabr 2006-cı ildə "Daş dövrü" və "Ayı Yoqi" cizgi filmlərilə tanınmış Cozef Barbera həyatını itirib.

Bəs, bu gün hansı tarixi şəxsiyyətlər xatırlanır?  

1. 18 dekabr 1878-ci ildə İosif Stalin anadan olub. Qatı kommunist sayılan Stalin sosialist inqilabında və SSRİ-nin yaranmasında böyük rola sahib olub. 30 ilə yaxın SSRİ-yə rəhbərlik edib. 

2. 1921-ci ilin bu günündə görkəmli gülüş ustası Yuri Nikulin anadan olub. O daha çox tamaşaçıların yadında “Brilyant əl”, “Qafqaz əsiri” və “Şurikin macəraları” kinofilmlərdəki əvəzsiz rolları ilə tamaşaçıların yaddaşında qalıb. 

3. Gözəl səsə və ifaya sahib Qulu Əsgərov da məhz bu gün dünyaya göz açıb. O 1928-ci ilin 18 dekabrında Salyanda anadan olub. 

4. Hollivud aktyoru Bredd Pit də 18 dekabrda doğulanlar arasındadır. Bu gün onun 59 yaşı tamam olur.

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO