“Qadınlar üçün pul hər şeydən öndə gəlir” – Psixoloq Gülnar Orucova

“Qadınlar üçün pul hər şeydən öndə gəlir” – Psixoloq Gülnar Orucova

Hazırda oxunan: “Qadınlar üçün pul hər şeydən öndə gəlir” – Psixoloq Gülnar Orucova

110148

“İndiki qadınlar üçün sevgi vacib deyil. Həyatımızda hər gün bir təzadla rastlaşırıq. Ailə quran qızlar üçün yaş həddi aradan qalxıb. Qızlar sevgi yox, pullu “həci”lər axtarırlar. Çünki, cəmiyyətdə gedən neqativ proseslər qadınları buna məcbur edir. Bu gün ətrafın sənin əxlaqına görə deyil, sosial durumuna görə qiymət verir, hörmət edir.

Əgər sənin pulun, geniş maddi imkanların varsa, hamı sənin yanında durmağa çalışır. Heç kim üçün maraqlı deyil ki, sən bu var-dövləti necə qazanmısan. Əsas odur ki, sən varlısan. Varlı olduğuna görə də istədiyin arzunu reallaşdıra bilirsən”.
Bu fikirləri Bizim.Media-ya açıqlamasında tanınmış psixoloq Gülnar Orucova söyləyib.

Fikrini də belə əsaslandırıb ki, dəyərlər itdiyindən indi heç nə heç kimin vecinə deyil. Psixoloq vacib bir məsələyə də toxunub:

“Bu gün hamımız sosial şəbəkələrin girovuna çevrilmişik. Bizi sosial şəbəkələr idarə edir. Çalışırıq ki, trendə qoşulaq, həyatımıza yeni rəng qataq. Seriallarda təsvir olunan həyatı yaşayaq. Ən əsası ətrafımızdakılardan seçilək, daim diqqət mərkəzində olaq. Bütün bunlar üçünsə pul lazımdır. Təkcə özümüz üçün deyil yaxınlarımızın da yaxşı görünməsi, yaxşı təhsili, yaxşı mövqe tutması üçün də pul lazımdır. Yəni bu gün hər şeyi pul həll edir. Sevgi isə insana yaxşı heç nə vəd etmir”.

Gülnar Orucova eskort probleminə də toxundu:

“Sovetlər dönəmində eskort anlayışı yox idi. 20 il qabaq da bundan istifadə edənlər ciddi ictimai qınaq görürdü. Amma indi eskort bir trenddir.

Bu gün plastik əməliyyatların sayı pik həddədir. Mən deməzdim ki, plastik əməliyyat etdirənlərin hamısı yüngül əxlaqlı qadınlardır. Əsla! Amma, plastik əməliyyatlara, bədən şəkillənməsinə ətək-ətək pul tökən qadın xərclədiyi pulların çıxarılma yollarını da bilir. Gəlin baxaq, bu gün ən çox əməliyyatlara kimlər gedir?
Təbii ki, şou əhli. Onlar da bu əməliyyatları yeni-yeni “həci”lər tapmaq üçün edir. Bu gün hansısa evdar qadının plastik əməliyyata girdiyini eşitmək çox çətindir. Çünki, ailəsinə bağlı olan qadının buna ehtiyacı yoxdur. Amma, bədəni ilə pul qazanana qadının plastik əməliyyata hər zaman ehtiyacı var”.

Surxay Atakişiyev, Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO