DİN aksiya keçirilən ərazidə təhlükəsizliyi tam təmin edir - FOTO

DİN aksiya keçirilən ərazidə təhlükəsizliyi tam təmin edir - FOTO

Hazırda oxunan: DİN aksiya keçirilən ərazidə təhlükəsizliyi tam təmin edir - FOTO

110147

Xəbər verdiyimiz kimi, artıq 6-cı gündür ki, Şuşa-Xankəndi yolunda azərbaycanlı fəallar və ekologiya üzrə qeyri-hökumət təşkilatlarının (QHT) üzvləri Qarabağ iqtisadi rayonunda ekoloji terrora son qoyulması tələbi ilə etiraz aksiyası keçirirlər.  

Bizim.Media-nın əraziyə ezam olunmuş əməkdaşı xəbər verir ki, Daxili işlər nazirliyi aksiya keçirilən ərazinin təhlükəsizliyini demək olar ki, tam təmin edir. İlk saatlardan insanların toplaşdığı ərazilərdə xidmət təşkil edən Şuşa polisi məsuliyyət zonası boyunca təyin olunmuş postlarda duraraq insanların təhlükəsizliyini təmin edir.

Mədəniyyət paytaxtının asayiş keşikçilərinin burada təşkil etdiyi peşə xidməti qabarıq şəkildə nəzərə çarpır.  

Hava şəraiti, coğrafi relyefin mürəkkəbliyinə baxmayaraq meydana kənardan nəzarəti təşkil edən polis əməkdaşları gecə-gündüz vəzifə borclarını yerinə yetirirlər.  

Onu da xatırladaq ki, Şuşa şəhər polis şöbəsi şəhərin Ermənistan ordusu tərəfindən işğal olunmasından 2020-ci il Vətən müharibəsinə qədər Tərtər rayonunda fəaliyyət göstərib. Şuşa polisi uzun illər Tərtər rayonu ərazisində qoşunların keçmiş təmas xəttinin eşalonlarında əsgəri xidmət aparıb.

Şəhərin azad edilməsindən dərhal sonra isə burada xidmətə başlayıb.  

Bundan başqa Qarabağ müharibəsinin ilk illərində Şuşanın və digər rayonların müdafiəsi uğrunda gedən döyüşlərdə Şuşa şəhər polis şöbəsinin xeyli sayda şəhid və qaziləri olub.  

Elgün Gəncimsoy, Bizim.Media, Qarabağ bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO